Şəhid mayor Rüfət Əsgərov anım günündə ehtiramla yad edilib

14 oktyabr 2025-ci ildə Vətən Müharibəsi şəhid Əsgərov Rüfət Mürvət oğlunun anım günündə məzarı ziyarət olunub, xatirəsi yad edilib. Anım tədbirində Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, digər rəsmi şəxslər, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidin məzarı önünə gül dəstələri düzüb, onun əziz xatirəsini dərin ehtiramla yad ediblər. Şəhidlərin ruhuna dualar oxunub.
Çıxış edənlər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş igid Vətən övladlarının qəhrəmanlığından söz açıb, onların göstərdiyi şücaətin heç zaman unudulmayacağını vurğulayıblar. Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına dərin minnətdarlıqlarını bildiriblər.