“Abu Dhabi Fature Energy Company-Masdar” şirkəti ölkəmizdə milyardlarla manat dəyərində günəş elektrik stansiyaları inşa etmişdir
Coğrafi mövqeyinə görə Azərbaycan Avropa ilə Asiyanın kəsişdiyi məkanda yerləşir. Buna görə biz elə siyasət yeritməliyik ki, hər iki qitəyə aid olduğumuz sübut olunsun. Yəni, özümüzü nə yalnız şərqli, nə də yalnız qərbli kimi aparmamalıyıq. İrəlicədən qeyd edək ki, bu siyasət uğurla həyata keçirilməkdədir: ölkəmizin həm qərb, həm də şərq ölkələri ilə əməkdaşlığı gündən-günə inkişaf etməkdədir.
Bu gün qürurla demək olar ki, həm qərb, həm də şərq dövlətləri özləri bizimlə əməkdaşlıq etməkdə maraqlıdırlar. Çünki ölkəmiz özünə artıq etibarlı və zəmanətli tərəfdaş imici formalaşdırmışdır. Adətən müharibə vəziyyətində olan ölkələrlə digər ölkələr əməkdaşlıqda maraqlı olmurlar. Qoyulan sərmayənin sonrakı taleyi qeyri-müəyyən olduğundan, sual altında düşdüyündən investorlar da bura kapital yatırmaqda maraqlı olmurlar. Amma fəxrlə demək olar ki, bu sahədə Azərbaycan istisna təşkil edir. Belə uğurlu böyük həcmli yatırımlardan birini Birləşmiş Əmir Əmirliklərinin “Abu Dhabi Fature Energy Company-Masdar” şirkəti reallaşdırmışdır. Şirkət ölkəmizdə milyardlarla manat dəyərində günəş elektrik stansiyaları inşa etmişdir.
Yeri düşmüşkən qeyd edək ki, biz digər dövlətlərin təcrübəsində yararlanmalıyıq və yararlanırıq da. Məsələn, Birləşmiş Ərəb Əmirliklərini. Bu dövlət də dünyada əsasən neft, karbohidrogen ixtiraçısı kimi tanınır.Amma onlar neftdən toplanmış kapitalı iqtisadiyyatın digər sahələrinə müvəffəqiyyətlə yönəltmişlər. Biz də bunu yerli şəraitdə uyğunlaşdırıb özümüzə tətbiq etməliyik. Çünki, neft, qaz, bir sözlə karbohidrogen resursları tükənən ehtiyatlara, günəşdən alınan enerji isə tükənməyən ehtiyatlara aiddir. O da sirr deyil ki, artıq Azərbaycanın ixracatında qeyri-neft sektorunun payı ildən-ilə artmqadadır.
Artıq ixracatımızda elektrik enerjisi də əhəmiyyət kəsb etməyə başlayıb. Bu, isə məhz belə şirkətlərin yatırdığı investisiyalar sayəsində mümkün olmuşdur. Qeyd edilməlidir ki, Azərbaycan növbəti illərdə hidrogen , o cümlədən yaşıl hidrogen ixrac edəcək.
Artıq üfüqlərdə sülh görünməkdədir. İnanırıq ki, düşmən tezliklə öz səhvini anlayacaq, regionumuz əmin-amanlıq diyarına çevriləcək. O zaman belə müqavilənin sayı çoxalacaq. Onlardan alınmış gəlir isə bərpaetmə işlərinə sərf olunacaq ki, bu da xalqın güzəranının daha da yaxşılaşdırılması demək olacaq.