Türkiyə ilə Azərbaycan arasında əlaqələr yeni müstəvisi

Türkiyə ilə Azərbaycan arasında əlaqələr yeni müstəvisi
Günay Əliyeva
Yeni Azərbaycan Partiyasının təəssübkeşi
Suraxanı rayonu, 84 nömrəli tam orta məktəbin müəllimi
Rəcəb Tayyib Ərdoğanın 14 və 28 May seçkilərindən sonra ilk səfərini Azərbaycana etməsi ələqələrin möhkəmliyinin göstəricisi kimi dəyərləndirilməlidir. 12 – 13 iyun tarixlərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın dəvəti ilə Bakıya səfəri baş tutub. Bakıda Gülüstan sarayında Türkyə prezidentinin şərəfinə dövlət ziyafəti verildi. Ziyafət konsertində Azərinin “Çırpınırdı Qara dəniz mahnısını prezidentlər ayaqüstə alqışladılar. İfa zamanı Azərbaycan bayrağını Qarabağdan asacayıq sözləri Qarabağdan asdıq sözləri ilə əvəz edilməsi milyonların duyğulanmasına səbəb oldu.
Səfər zamanı hər iki prezidentin birgə açıqlamaları səfərin nə dərəcə önəmli olduğunu önə çəkirdi. 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə prezidentləri arasında imzlanan Şuşa bəyannaməsini Prezident İlham Əliyev çıxışında bir daha xatırlardı. Tarixi anlaşma olan Şuşa bəyannaməsi Türkiyə və Azərbaycanın rəsmən müttəfiq olduğunu təsdiq edir. Prezident çıxışında faktiki olaraq uzun illər müttəfiqlər kimi fəaliyyət göstərdiklərini, ancaq bəyannamə bunu rəsmi sənətə çevirdiyini qeyd etdi. Rəcəb Tayib Ərdoğan isə Türkiyənin Şuşada baş konsul açmağa hazır olduqlarını bəyan etdi.
Mətbuat açıqlanmasında Zəngəzur dəhlizin açılması ilə bağlı müzakirələr olduğunu bildirildi. Bütün ölkələr üçün yeni imkanlar açmağa imkan verən, Azərbaycanın əsas hissəsi, onun bir parçası Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan nəqliyyat dəhlizi –Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Orta Asiya ilə əlaqələrin inkişaf etdirilməsi, Şərqlə Qərbi birləşdirəcək Zəngəzur dəhlizinin önəmi böyükdür. Həmçinin mətbuat üçün verilən açıqlamada İlham Əliyev bildirdi ki, Azərbaycan ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək. Görüş zamanı müdafiə sahəsində gələcək planlar haqqında danışıldı qürur hissi ilə qeyd olundu ki, bu il 16 birgə hərbi təlim keçirləcəkdir ki, onlardan 6-sı artıq keçirilmişdir. Bugünki dünyada güc faktoru önəmli olduğu üçün bundan sonrada birgə fəaliyyət istiqamətində işlər bizim gücümüzə güc qatacaq.
Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsi sürətlə artaraq 6 milyard dollara yaxınlaşmışdır. Birgə həyata keçirləcək lahiyələr nəticəsində bu dövriyyə daha da artacaq. Azərbaycanın Türkiyəyə təbii qazın ixracı, bununla yanaşı Azərbaycan qazının Türkiyə üzərindən Avropa ölkərinə ixrac həcmi artmaqdadır. Enerji sahəsində işlər təbii qazla məhdudlaşmır. Bərpa olunan enerji növləri üzrə əməkdaşlıq haqqında fikir mübadiləsi aparılmışdır. Sevindirici tərəf burasıdır ki, bütün məsələlərlə bağlı fikir birliyi, vəhdət mövcuddur. Bu birlik, vəhdət nəinki iki dövlətin vətəndaşları üçün eyni zamanda bütün türk dünyası üçün önəmlidir.