Qəbələdə Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşü

Nuranə Yəhyayeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 285 nömrəli tam orta məktəbin direktoru
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Zirvə Görüşündə iştirak ediblər.
Əsası 2009-cu ildə imzalanan Naxçıvan sazişi ilə qoyulan Türk Dövlətləri Təşkilatı Türk Dünyası ölkələri arasında əməkdaşlığı dərinləşdirmək məqsədilə qarşısında dayanan vəzifələri reallaşdırmaq istiqamətində uğurlu inkişaf yolu keçib. Azərbaycan həmişə Türk Dünyası ölkələri arasında siyasi, təhlükəsizlik, müdafiə sənayesi, iqtisadi, sosial və mədəni sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin əsas faktoru və hərəkətverici qüvvəsi kimi çıxış edib. Qəbələ Zirvəsi təhlükəsizlik məkanının möhkəmləndirilməsi yolunda mühüm mərhələ oldu.
Prezident cənab İlham Əliyev 12-ci Zirvə Görüşü zamanı çıxışında bu məqamı xüsusi vurğuladı: “Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil.
Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, təhlükəsizlik hər bir ölkənin varoluşu və inkişafı üçün əsas şərtdir. Dövlətin müstəqilliyini, ərazi bütövlüyünü qorumaq üçün güclü təhlükəsizlik sistemi vacibdir. Təhlükəsizlik olmadan nə sosial, nə iqtisadi, nə də siyasi sahədə davamlı inkişafdan danışmaq mümkün deyil. İlham Əliyev çıxışlarında dəfələrlə bildirmişdir ki, Azərbaycanın inkişafı üçün sabitlik əsas şərtdir və bu sabitlik təhlükəsizlik orqanlarının və ümumilikdə dövlətin məqsədyönlü siyasəti sayəsində qorunur.
Prezident İlham Əliyevin "Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil" fikri təkcə bir siyasi tezis deyil, bu, müasir Azərbaycanın inkişaf modelinin əsas dayağıdır. Dövlət təhlükəsizliyi ilə bağlı strateji yanaşmalar və çevik qərarların qəbulu ölkəmizin müstəqilliyini daha da möhkəmləndirir və gələcəyə inamla irəliləməsini təmin edir. Hər bir Zirvə Görüşü Türk dünyasının birliyində yeni mərhələnin bağlanğıcı olur. Dövlətimizin başçısı Cənab İlham Əliyev bu əminliyi ifadə etdi ki, Zirvə Görüşü qəbul edəcəyimiz qərarlarla Türk Dövlətləri Təşkilatının mövqeyini daha da gücləndirəcək xalqımızın rifahına və təhlükəsizliyinə əlavə töhfə verəcək.
Azərbaycanı dünyada tanıdan, xalqı ilə bir yumruq kimi birləşən, Vətənini, millətini sevən, zəkası ilə bütün dövlətləri heyran qoyan Cənab Prezident Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətini dəstəkləyirəm.