Ölkənin gücləndirilməsi yolunda bölgələrin ümumi inkişafı
Kərəm Mehdiyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayon 104 nömrəli tam orta məktəbin direktoru
Artıq xeyli müddətdir ki, Prezident İlham Əliyevin həm ölkəxarici səfərləri, həm də ölkədaxili səfərləri ənənəvi xarakter almışdır .Bütün bu səfərləlrin də yalnız bir məqsədi vardır. Dövlətimizi günü-gündən inkişaf etdirmək. Prezidentin növbəti səfərlərindən biri Salyan-Neftçala bölgəsinə oldu. Bu səfərlə bağlı televiziyaya müsahibə verən İlham Əliyev həm öz səfər təəssüratlarından danışdı, həm də gələcək planlar haqqında məlumat verdi.
Prezidentin bölgələrə daimi səfərləri regionların sosial-iqtisadi inkişafı ilə 2004-cü ildən başlayaraq həyata keçirilən Dövlət proqramlarının yerinə yetirilməsinə nəzarətlə bağlıdır. Bu tədbirlər sırasına infrastruktur obyektlərinin yaradılması da daxildir. Belə ki, Prezidentin Salyana gəlişinin bir məqsədi də artıq sayca 25-ci olan “ASAN xidmət” mərkəzinin açılışı oldu. Prezident vurğuladı ki, məhz Azərbaycan brendi olan “ASAN xidmət “nəinki Azərbaycan vətəndaşlaı tərəfindən bəyənilir, hətta dünyada “ASAN xidmət” modelini bir neçə ölkə tətbiq etməyə başlayıb. Bu, bizim intellekktual məhsulumuzdur. Prezident onu da bildirmişdir ki, regionlarda yeni iş yerləri açılır, insanların rifahını yaxşılaşdırmaq üçün infrastruktur layihələr yerinə yetirilir.
2020–ci ildən başlayaraq işğaldan azad olunan torpaqlarımızda da plan üzrə yenidənqurma işləri gedir. Artıq Ağalı və Talış kəndlərinin timsalında gələcək Qarabağ və Şərqi Zəngəzurun siması görünür. Bütün bərpa və quruculuq işləri plan üzrə gedir. Zaman-zaman əhali işğaldan azad olunan və abadlıq işləri aparılan, hər bir şəraitlə təmin olunan bölgələrə yerləşdiriləcək.
Prezidentimizin bildirdiyi kimi, hal-hazırda dövlətimizin əsas vəzifəsi geri alınan torpaqlarda yenidənqurma işlərini sürətləndirmək və dünya miqyasında ən güclü ordu yaratmaqdır. Şanlı ordumuz, peşəkar hərbçilərimiz öz hünərini artıq 2020-ci ildə göstərmişdir. Buna baxmayaraq, Azərbaycan daim hər bir vəziyyətə hazır olmalıdır.
Ölkəmiz hər zaman sülh içərisində yaşamaq niyyətində olmuşdur. Ermənistan sülh müqaviləsini imzalamağa hazırdır. İşğalçı qonşularımız bəyan etməlidir ki, Qarabağ Azərbaycanındır. Burada yaşayan ermənilər ya Azərbaycan bayrağı altında yaşamalıdır, ya da Qarabağdan çıxıb getməlidir.
Separatçı ermənilər daim öz çirkin əməllərini davam etdirirlər. Dünya səviyyəli yarışmada Azərbaycan bayrağının yandırılması buna nümunədir. Bu hadisə heç zaman xalqımızın iradəsini sarsıda bilməz. Həmin yarışmada Türkiyə dövlətinin bayrağının dalğalanması və bu qələbənin Azərbaycana həsr edilməsi bir daha iki qardaş ölkənin birliyini sübut etdi.
Bəli, möhtərəm Prezidentimizin dediyi kimi Azərbaycan bayrağı bu gün Qarabağda dalğalanır. Və mənfur düşmənlərimiz bu bayrağa bir daha yaxınlaşa bilməyəcək.
Daim dalğalan, Azərbaycan bayrağı!