“Müstəqilliyimiz sizə əmanətdir, əziz balalar” adlı tədbir keçirilmişdir

“Müstəqilliyimiz sizə əmanətdir, əziz balalar” adlı tədbir keçirilmişdir

16 oktyabr 2025-ci il tarixdə Suraxanı Rayonu, 23 saylı körpələr evi-uşaq bağçasında "18 oktyabr - Müstəqilliyin Bərpası günü"nə həsr olunmuş ““Müstəqilliyimiz sizə əmanətdir, əzizbalalar” adlı tədbir keçirilmişdir. Tədbirdə YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova, 23, 265, 269, 276, 280 saylı körpələr evi-uşaq bağçalarının müdirləri və kollektivləri iştirak etmişlər.

Tədbiri girş gözü ilə açan Suraxanı rayonu, 23 saylı körpələr evi-uşaq bağçasının müdiri, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri Rəna Abutalıbova qonaqları salamlayaraq bildirmişdir ki, müstəqillik məhfumdur. Biz lap beşikdən, lap kiçik yaşlardan onun qorunmasını təmin etmək məqsədi ilə təlim və tərbiyə işini yüksə həyata keçirməliyik.

Suraxanı rayonu, 265 saylı körpələr evi-uşaq bağçasının müdiri, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini Rəvanə Abdullayeva da öz növbəsində bildirmişdir ki, tərbiyəvi iş, vətənpərvər yanaşmalar lap ilkin çağlarda başlamalıdır.

YAP Suraxanı rayon təşkilatının məsləhətçisi YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova "18 oktyabr - Müstəqilliyin Bərpası günü" münasibəti ilə yerli təşkilatın sədri Vüqar Seyidovun təbriklərini görüş iştirakçılarına çatdırdı. Nərgiz Çıraqova bildirdi ki, 15 oktyabr 2021-ci il tarixində Azərbaycan Prezidenti Cənab İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüş Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, Oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü kimi qeyd olunur. Bu gün Azərbaycan yeni bir inkişaf mərhələsindədir. Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub-saxlanılan müstəqilliyimiz bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir .

Sonda uşaqların ifasında vətənpərvər ruhda maraqlı kompaziyalar təqdim olundu.