Müasir  dövrdə  həm  Azərbaycan,  həm də Gürcüstan  bölgə  üçün  önəmli  ölkələrdirlər

Müasir  dövrdə  həm  Azərbaycan,  həm də Gürcüstan  bölgə  üçün  önəmli  ölkələrdirlər

Aidə Hacıyeva

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 273 nömrəli körpələr evi, uşaq bağçasının müdiri

16  mart 2024  cü il  tarixində  dövlətimizin başqası Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin   dəvəti  ilə  Gürcüstan ın  Baş  naziri  İrakli  Kobaxidzenin  rəsmi səfəri  baş  tutub  və  bu  səfər  ilə  əlaqədar  mətbuata  bəyənatlarla  çıxış  ediblər.

İrakli  Kobaxidze  Baş  nazir  vəzifəsində  fəaliyyətinə  başlayandan  dərhal  sonra  Azərbaycana  səfər  edib. Gürcüstan və Azərbaycan  iki  müstəqil  dövlət  kimi  daim  bir-birinin  yanındadılar.

Bu  dosluğun   tarixi  kökləri  var. Və  bu  köklər  üzərində  bizim  dövlətlərarası   münasibətlərimiz  qurulub. Müasir  dövrdə  həm  Azərbaycan,  həm də Gürcüstan  bölgə  üçün  önəmli  ölkələr  olub. Birgə  həyata  keçirilən  infrastruktur  layihələri–enerji, nəqliyyat bir  çox  ölkələr  üçün  əhəmiyyətlidir. Bakı-Tiblisi-Qars  dəmir  yolu  bir  neçə  aydan    sonra  daha geniş  formada  fəaliyyətə  başlayacaq.

Azərbaycan, Gürcüstan  və  Türkiyə  bu  layihənin  təşəbbüskarları kimi  xüsusi  rola  malikdirlər. Azərbaycan  qazı  Gürcüstan  vasitəsilə   başqa  ölkələrə  ixrac  edilir (onların  sayı 8 çatıb).Gələcəkdə  bu   ölkələrin  sayı  artacaq. Bunun  üçün  Azərbaycanın  imkanları (qaz  ehtiyatı)  var, Gürcüstan kimi  dostumuz  var.

Yeni  layihələr  hazırlanır.  Onlardan biri  yaşıl   enerji  layihəsi. Buna  böyük  tələbat  var. Bizim  dövlətlərin  bərpaolunan  enerji  potensialı  var.

İki  dövlət  arasında  ticarət  dövriyyəsi   də  artır. Həmçinin , Azərbaycan  bütün  dövrlərdə  başqa  dövlətlərin  suverenliyi,  ərazi  bütövlüyünü , sərhədlərin   toxunulmazlığını   dəstəkləyir. Müvafiq  beynəlxalq   təçkilatlarda bir-birimizin   suverenliyini  hər  zaman  dəstəkləyirik. Biz  yaxçı  bilirik  ki, bəzi  hallarda  suverenliyi  güc  tətbiq etməklə  bərpa  etmək  olur.

Necə  ki, uzun  illər  Azərbaycan  işğaldan   əziyyət  çəkib  və  öz  gücü  ilə  ərazi  bütövlüyünü    bərpa  edib. Bu  yol  tamamilə  qanunidir. BMT  Nizamnaməsi hər  bir  ölkəyə   özünü  müdafiəetmə    hüququnu  tanıyıb  və  Azərbaycan  bu hüquqlardan   istifadə  etməklə    ərazi  bütövlüyünü  bərpa  edib.       

Azərbaycan   və  Gürstan  xalqları   dost  xalqlarıdır. İki  qardaş  ölkə  olaraq  bundan  sonra  da  əl-ələ  verən  irəliyə  gedəçiyik.