Müasir Azərbaycan cəmiyyətinin formalaşması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır
Könül Hümbətova
16 saylı Uşaq Poliknikasının baş həkimi
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Bildiyimiz kimi 1991-1993-cü illərdə ölkəmizdə hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə usullari hökm sürməkdə idi. Ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yaranmışdır. Bunun üçün də Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü. Bu xalqın təkidli tələb idi. Bunun əsasında Heydər Əliyev Bakıya dəvət edildi.
1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz prezidentini seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. O gündən Ulu Öndər Heydər Əliyev xalqın etimadını hər zaman doğruldacağına söz vermiş və həyatının sonuna kimi verdiyi sözü tutmuşdur. Xilaskarlıq missiyasını uğurla yerinə yetirən böyük şəxsiyyət ilk addımlarını dövlət quruculuğu sahəsində atmağa başladı. Çünki, Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək, “Müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq, möhkəmlətmək ondan da çətindir”.
Bütün həyatını xalqının xöşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin öz xalqı qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil və demokratik, hüquqi dövlətin yaranması, Milli Konstitusiyamızın qəbul edilməsi, məhz Ümummilli liderimizin adı ilə bağlıdır. Ərazisi o qədər də böyük olmayan ölkəmiz qısa zaman ərzində Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Ölkəmizdə xarici siyasət sahəsində böyük dönüş yaranmış, uğurlar əldə olunmuşdur. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başlamışdır.
Müasir Azərbaycan cəmiyyətinin formalaşması, müstəqil Azərbaycan dövlətinin qurulması birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider azərbaycanlı olması ilə fəxr etdiyi kimi, hər bir azərbaycanlı da bu gün Heydər Əliyevin ən böyük əsəri olan müstəqil, demokratik, iqtisadiyyatı gün gündən sürətlə inkişaf edən Azərbaycanın vətəndaşı olmaqdan iftixar hissi keçirdir.
Ulu öndər Heydər Əliyevin apardığı məqsədyönlü siyasət bugün cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır.
Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz hazırki vaxtda bir çox uğurlara imza atmışdır. Buna sübut olaraq Azərbaycanın 30 ilə yaxın davam edən münaqişədən qalib tərəf kimi ayılması olmuşdur. İllərdir torpaqlarımızın 20 faizi düşmən tapdağı altında qalmışdır. Heydər Əliyevin layiqli davamçısı Cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan Ordusu həsrətində olduğumuz torpaqlarımızı bizə geri qaytardı. Bu qələbədən sonra dünya ölkələri arasında xalqımızın nüfuzu daha da artdı.
Hazırda bütün dünya Azərbaycanın döyüş taktikasından danışır . Bu qələbə son əsrlərin ən böyük qalibiyyəti, münaqişənin birdəfəlik bitməsi, dünya azərbaycanlılarının bir yumruq kimi birləşməsi ilə tarixə yazıldı.