II Qarabağ müharibəsindən sonra ermənilər ən azı 1400 mina basdırıb və növbəti cinayətdir növbəti terror aktıdır

II Qarabağ müharibəsindən sonra ermənilər ən azı  1400 mina basdırıb və  növbəti cinayətdir  növbəti terror aktıdır

Xanım Umudova

Yeni Azərbaycan Partiyasının təəssübkeşi

Suraxanı rayonu 323 saylı körpələr evi, uşaq bağçasının tərbiyəçisi

Bildiyimiz kimi artıq neçə illərdir ki, Azərbaycanla Ermənistan arasında müharibə davam edir. Birinci Qarabağ müharibəsində torpaqlarımızın 20 %- ni mənfur qonşularımız tərəfindən işğal olunmuşdu xx əsrin 80-cı illərinin sonları 90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada hərbi təcavüzə başlamış, həmin dövrdən torpaqlarımızın 20%-ni işğal etmişdi. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür. 2019-cü ildən etibarən isə Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyənatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmuşdur.

İkinci Qarabağ müharibəsində şücayətli Azərbaycan ordusunun səyi ilə işğal altında olan torpaqlarımız azad olundu. 2020-ci sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarının yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbiçilər arasında ölən və yaralananlar olduğu , Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks hücuma başlamışdır.

Rəşadətli Azərbaycan əsgər və zabitləri Ermənistanın uzun illər ərzində qurduğu hərbi təxribatlarla torpaqlarımızı öz canı və qanı bahasına azad edir. Buna baxmayaraq Ermənistan yenə də öz niyyətlərindən əl çəkmir və İkinci Qarabağ müharibəsindən sonra ermənilər tərəfindən ən azı 1400 mina basdırılıb .Ermənistanın bu addımlarının sülhə zərər vurması haqqında Azərbaycan tərəfi hər dəfə öz sözünü deyib.

Ermənistanın sentyabrın 27-də növbəti hərbi təxribatından sonra Azərbaycan ordusunun 44 gün davam edən əks hücum əməlliyatı noyabrın 10-da tarixi qələbəmizlə başa çatdı. Ermənistanlar Azərbaycan arasında müharibə başa çatsada ermənilərin basdırdığı 1400 mina xəritəsi hələ də Azərbaycana təhvil verilməyib. Ümid edirəm ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev həmin mina xəritəsini Ermənistan tərəfindən almağa nail olacaq.

İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsində dövlətimizin başçısının dəfələrlə vurğuladığı kimi “BİZ BİRLİKDƏ GÜCLÜYÜK” sözü bizim birlikdə güclü olmağımız ərazi bütövlüyümüzün bərpasında, torpaqlarımızın işğaldan azad edilməsində mühüm əhəmiyyət