Heydər Əliyev iqtisadi böhrandan xilas olmaq üçün,vergi və sahibkarlığın inkişaf etməsi üçün bir sıra islahatlar keçirdi.
Gülnar Məhərrəmova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayon 315 nömrəli tam orta məktəbin müəllimi
İqtisadiyyat bütün dövlətlərin inkişafının təməlini təşkil edir. İqtisadiyyatı zəif olan bir dövlət heç vaxt güclü bir dövlət hesab etmək olmaz. Dövlətin inkişafı onun iqtisadi inkişafından bilavasitə aslıdır. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə (1969-1982) iqtisadiyyatın dirçəlməsi və sürətli inkişafı baxımından xeyli işlər görmüşdü. Ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə ölkənin müstəqil iqtisadiyyatının təşəkkürü, ardıcıl sosial-iqtisadi islahatların həyata keçirilməsi,bu sahənin dayanıqlı inkişafını təmin edəcək qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi sahəsində görülən işlər Azərbaycanın iqtisadi inkişafına xeyli təkan vermişdi.
1991-1995-ci illər Azərbaycan iqtisadiyyatının iqtisadi xaos və tənəzzül dövrü kimi səciyyələnir. Bu vaxtlarda ölkədə gedən müharibə büdcəni zəiflədir, həm də iqtisadi problemlər meydana gətirirdi. Ölkədə bu problemlərin tənzimləyən və ölkənin hələ möhkəmlənməyən müstəqilliyini qoruyub saxlayan güclü siyasətçiyə ehtiyac var idi. Xalq artıq öz seçimini etməyə qərar vermişdi.1993-cü il oktyabrn 3-də xalqın tələbi və istəyi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti oldu. Heydər Əliyev kimi dahi siyasətçi Azərbaycanın ağır vəziyyətini görürdü. Ulu öndər başa düşürdü ki, bu problemlər öz həllini tapmasa Azərbaycan hec zaman qüdrətli bir dövlət ola bilməz.Heydər Əliyev iqtisadi inkişafda olan geriliyi tez zamanda aradan qaldırmağa, iqtisadiyyatı inkişaf etdirməyə Azərbaycanın güclü olduğunu dönə-dönə vurğulayırdı. “Respublika iqtisadiyyatı demək olar ki, tamamilə dağıdılıb, xalqın rifahı aşağı düşüb. Lakin respublikanın böyük sosial-iqtisadi,elmi-texniki potensialıdır.
Azərbaycanın coğrafi–siyasi vəziyyəti, onun təbii sərvətləri uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Digər tərəfdan yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik. Heydər Əliyevin söylədiyi bu fikirlər qısa zamanda öz nəticəsini göstərdi.Azərbaycan çox az bir zamanda bu iqtisadi böhrandan xilas ola bildi. Heydər Əliyev iqtisadi böhrandan xilas olmaq üçün,vergi və sahibkarlığın inkişaf etməsi üçün bir sıra islahatlar keçirdi. 1993-cü il təsdiq edilmiş “Azərbaycanın Sahibkarlığının inkişafı” (1993-1995) adlı dövlət proqramı Azərbaycanda kiçik və orta sahibkarlarının sayının artmasına,iqtisadi ticarət əlaqələrinin yaranmasına müsbət təsir göstərmişdi.
İqtisadi islahatların zəruriliyindən bəsh edən Ulu Öndər tarixi vaxtlara əsaslanmaqla qəti mövqeyini aşağıdakı fikri ilə əsaslandırırdı:”sosializim quruluşunun ən yüksək bəhrələrini görmüşük. Onun verdiyi bəhrələri heçkəs, heçvaxt inkar edə bilməz. Xüsusən, bizim respublikamızda. Lakin o quruluş iqtisadi sistem özünün son həddinə gəlib çatmışdır. Buna görə də onun sonrakı inkişafı mümkün olmadı, iqtisadiyyat, ümumiyyətlə inkişaf dayandı və geriləmə prosesi başladı.Təsadüfü deyildir ki, 1980- 1985-ci illərdə yeni yollar axtarmağa başladılar. Bu da yeganə bir yola gətirib çıxarırdı. İqtisadi islahatlar aparmalı, bazar iqtisadiyyatı yolu ilə getməli, bazar iqtisadiyyatı prinsiplərinin tətbiq etməli.”
Ulu Öndər 1994-cü il iyunun 21-də respublika iqtisadiyyatının və həyatının digər sahələrinin cari məsələlərinə həsr olunmuş müşavirədəki nitqində belə demişdi: ”Biz respublikamızda hüquqi-demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdur. Bununla, çox sıx əlaqədə iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni iqtisadiyyatda demokratik islahatlar aparılması,bazar isqtisadiyyatı yoludur. Bütün yollar kompleks şəkildə respublikamızı gələcəyə aparan, istiqamətlərdir”.
Ulu öndər Heydər Əliyevin ölkə əhəmiyyətli naliyyətlərindən biridə neftlə bağlıdır. Azərbaycan neftinin dünya bazarına çıxarılması,əldə olunan gəlirlə milli büdcəni bərpa etmək,möhkəmləndirmək,əhalinin sosial səviyyəsinin yüksəldilməsi həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsi idi. 1994-cü il sentyabrn 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”,”Çıraq”,”Günəşli “yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi “məhsulun pay bölgüsü” haqqında müqavilə imzalandı. Müqavilə neft sahəsində Heydər Əliyevin qazandıği uğurların hələ başlanğıcı idi. Azərbaycan üçün həyati əhəmiyyətli olan bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunması, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı. Heydər Əliyev özünün də vurğuladığı kimi “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan Xəzər dənizi və onun enerji ehtiyatlarını bütün dünyanın üzünü açdı və bu hadisənin ölkənin gələcəyi üçün nə dərəcədə əhəmiyyətli olduğunu tarixçilər yazacaqlar. “Əsrin müqaviləsi”nin imzalanması ilə yanaşı trasil olunacaq neftin dünya bazarına çıxarılması üçün əlverişli marşurutun axtarılıb tapılmasın da mühüm əhəmiyyət kəsb edirdi.
Heydər Əliyev Azərbaycan neft kəmərinin çoxvariantlılığı ideyası ilə çıxış edən Bakı-Supsa kəmərinin işə salınmasına.eyni zamanda,”Əsrin müqaviləsi” çərçıvəsində trasil olunacaq əsas neftin nəqli üçün “Bakı-Tblisi-Ceylan”neft kəmərinin inşa edilməsi üzrə danışıqların intensivləşdirilməsinə nail olmuşdur. Heydər Əliyev həm də, Azərbaycan qazının dünya bazarına çıxarılması üçün nəzərdə tutulan və regionun kifayət qədər əhəmiyyətli layitəsi hesab olunan Bakı-Tblisi-Ərzurum qaz kəmərinin də təməlini qoydu.
Azərbaycanda büdcə sisteminin təşkilinin, büdcələrin tərtibi, təsdiqi, icrası və onların icrasına nəzarətin təşkilatı hüquqi və iqtisadi əsaslarını habelə dövlət büdcəsi ilə büdcədənkənar dövlət fondlarının yerli(bələdiyyə) büdcələrin qarşılığlı əlaqələrinin əsas prinsiplərinin müəyyənləşdirilməsi məqsədi ilə 2002-ci ildə “Büdcə sistemi haqqında”Azərbaycan Respublikasının yeni Qanunu qəbul olundu.
Məhz Ulu öndər Heydər Əliyevin siyasi kursunun davamı kimi Azərbaycan yeni inkişaf mərhələsinə Prezident İlham Əliyevin rəhbərliyi ilə demokratik dövlət quruculuğu modelini,öz iqtisadi inkişaf strategiyasını və mədəni-mənəvi dəyərlərini düşünülmüş sürətdə həyata keçirmək ilə qədəm qoydu.