Prezident İlham Əliyev nəyi, necə etməyi yaxşı bildiyini dəfələrlə sübut edib

Prezident İlham Əliyev nəyi, necə etməyi yaxşı bildiyini dəfələrlə sübut edib

Hamımıza məlumdur ki,dünya miqyasında dövlətə çevrildikdən sonra Rusiyanın Qafqaz və bütövlükdə Şərq siyasətində Azərbaycan həmişə xüsusi əhəmiyyət kəsb etmişdir. Artıq yüzillərdir ki, dünyada söz sahibi olan şimal  qonşularımızla əksər dövlətlər hesa blaşmaq məcburiyyətindədirlər. .Keçən əsrin 80-cı illərinin sonu 90-cu illərinin əvvələrindəbalansın yaranmaması səbəbindən minlərlə  soydaşımız həlak oldu, qaçqın düşdü, torpaqlarımız uzun müddət işğal altında qaldı. Lap elə son müharibəni götürək. Əgər Rusiya faktoru nəzərə alınmasaydı, dünyanın super güclərindən biri olan bu dövlət neytrallaşdırılmasaydı, qələbə daha ağır başa gəlməzdimi?

 Bu gün Rusiya faktoru yenidən dünya gündəminin bir nömrəli müzakirəsinə çevrilib. Böyük fəlakətlərə apara biləcək müharibə ərəfəsində Prezidentimiz İlham Əliyevin Moskvaya səfərinə və müəyyən müqavilələr bağlamasına tarixi zərurətdir.  Unutmayaq ki,cənab Prezident İlham Əliyev nəyi necə etməyi yaxşı bildiyini, işdə və  əməldə dəfələrlə sübut edib. Hər şeydən öncə onu deyək ki, belə həssas bir məqamda bu səfərin baş tutması onu göstərir ki, Rusiya kimi nəhəng bir dövlətin Azərbaycanın, şəxsən onun prezidentinə ehtiram hiss etməsi sadə məsələ deyil. Bu fakt ölkəmizin nüfuzunun hansı yüksək zirvəyə çatmasından xəbər verir. İkincisi də, biz dünya birliyinin müdafiəsinə qalxdığı Ukraynadan imtina etməmişik. Ukrayna bizim strateji partnyorumuz olaraq qalır. Belə olmasaydı, Prezidentin Moskvadan öncə Kiyevə səfər etməzdi və bu dövlətlə strateji əhəmiyyətli müqavilələr bağlamazdı. Bundan başqa heç kimə sirr deyil ki,Rusiya – Ukrayna müharibəsi ilə dünyada siyasi gərginlik XXI əsrdə özünün ən gərgin pik həddinə çatmışdır. Heç bir siyasətçi, politoloq bunun necə başa çatacağı barədə proqnoz verə bilmir. Aydın olan budur ki, Rusiyanın və ya Ukraynanın qalib gələcəyindən aslı olmayaraq dünyadakı siyasi düzən kökündən dəyişəcək. Onu da əminliklə demək olar ki, İ.Əliyevin bu səfəri, bu müqavilə bizimçün hər iki hala hesablanıb.

Kəmalə Məmməova

YAP Suraxanı rayon təşkilatının ƏPT - nin sədri