Ermənilər digər ərazilərimizdə olduğu kimi Zəngilanda da milli irsimizi darmadağın ediblər

Ermənilər digər ərazilərimizdə olduğu kimi Zəngilanda da milli irsimizi darmadağın ediblər

Aysel Firudin qızı

YAP Suraxanı rayon təşkilatının fəal gənci

Hamımıza  məlumdur  ki, Azərbaycanın özünəməxsus xüsusiyyətlərindən  biri  də ərazisinin  təbii-coğrafi mühitinin əlverişli olmasıdır. Tarixən bu amilə  görə daim yadellilərin hücumlarına məruz qalmışıq. Onlar Azərbaycanı həm tarixi-strateji, həm də təbii-coğrafi mövqeyininə görə ələ keçirməyə çalışmışlar. Təbiətimiz gözəlliyi, rəngarəngliyi ilə seçilib və seçilir. Məhz Kiçik  Qafqaz dağ silsiləsinin cənub-şərqində, Araz çayının sol sahilində yerləşən Zəngilanımız da  tarixinə, təbiətin , memarlığına görə fərqlənən güşələrimizdəndir.

Təcavüzkar, vandalizmin təbliğatçısı olan ermənilər şübhəsiz ki, bu rayonumuza da göz dikmişlər. Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər digər ərazilərimizdə olduğu kimi Zəngilanda da milli irsimizi darmadağın ediblər. Lakin hər bir Azərbaycan vətəndaşı həmin ərazilərə geri dönəcəyimizdən  əmin idi. Çünki bizim  beynəlxalq münasibətlər tarixi sahəsində dərin biliyə malik olan peşəkar siyasətçi kimi dünya miqyasında böyük hörmət və nüfuz qazanmış Prezident İlham Əliyevə güvənimiz sonsuz idi. Biz Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti və dünya səviyyəsində müasir texnika, silah-sursatla təchiz olunmuş Silahlı Qüvvələrimizin igidliyi, qorxmazlığı ilə qələbə çaldıq.

Zəngilan rayonunun azad edilməsi üçün Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci il oktyabrın 18-də  hərbi əməliyyatlar başlanıldı. Zəngilan döyüşləri, Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı və qısa müddət ərzində Zəngilan şəhəri azad edildi. Uzun müddət düşmən tapdağında qaldıqdan sonra 20 oktyabr 2020-ci ildə Zəngilan şəhəri və Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri,21 oktyabr 2020-ci ildə Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qıraq Müşlan, Üdgün,Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri, 22 oktyabr 2020-ci ildə Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi Azərbaycan Silahlı

İşğaldan azad olunmuş ərazilərin bərpası və orada yenidən məskunlaşma prosesi Azərbaycan Prezidentinin diqqət mərkəzindədir. Zəngilan rayonunda tarixi-dini abidələrinin bərpası işləri artıq başlanıb və  böyük infrastruktur layihələri icra edilir. Bu ərazilərdə aparılan abadlıq-quruculuq işləri ölkəmizin iqtisadi qüdrətini bir daha sübut edir.