“Dəmir yumruq” - Birlik və həmrəyliyi səciyyələndirən amildir
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
24 saylı şəhər poliklinikasının tibb qeydiyyatçısı
Azərbaycan xalqı bu gün çox böyük bir qürür hissi ilə Qarabağda əldə olunmuş Qələbəni qeyd etməkdədir. Artıq dövlətimiz 30 illik bir tarixi yenilədi. Bu hadisə müasir hərb tarixinin şanlı və parlaq səhifəsidir. Şuşanın işğaldan azad edilməsi isə Azərbaycan xalqının və hərbiçilərimizin birliyi, həmrəyliyi, cəsarətini göstərən şanlı qələbənin rəmzidir. Azərbaycanın hərb meydanında Ermənistanı diz çökdürməsi nəhayət ki, düşmənə dərs oldu və Paşinyan eləcə də, erməni xalqının Qarabağ barədə xəyalları puç oldu.
Azərbaycanın qələbəsi özünü dünyaya güclü göstərmək istəyən ermənilərin sonu oldu. Azərbaycanın parlaq qələbəsi, ölkənin ərazi bütövlüyünün bərpası xeyirlə şər qüvvələrin mübarizəsidir.
Bu qələbə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin siyasi görüşü, güc və həmrəylik rəmzi olan dəmir yumruq kimi öz lideri ətrafında birləşən xalqın qəhrəman övladlarının canı-qanı bahasına başa gəlmişdir. Xalq öz liderinə hər zaman böyük dəstək göstərib və onun ətrafında sıx birləşib. Belə bir inamı hər dövlət başçısı qazanmır. Amma İlham Heydər oğlu Əliyev Haqq yolunda mübarizədə xalqı bir yumruq kimi öz arxasıyca aparmağı bacardı. Bu tarixi ədaləti bərqərar edən Vətən müharibəsidir.
“Qarabağ Azərbaycandır və nida”! Tribunada səslənən bu söz əbəs deyil. Artıq bu reallıqdır. Məhz “Dəmir yumruq” siyasətinin nəticəsidir ki, bu gün biz həm rahatlıqla və qürur hissi ilə deyə bilirik ki, Qarabağ Azərbaycandır. Bu amal və bu istək bizi birləşdirdi.
Prezidentimiz öz vəzifəsini xalqına xidmət etməkdə, onun hüquqlarını qorumaqda, xalqını yumruq kimi birləşdirməkdə gördü. Xalq bu yumruqla irəlilədi, və qələbə çaldı. Ölkə başçımızın qətiyyətinin nəticəsidir ki, Azərbaycan xalqı ən ağır vəziyyətlərdə belə heç kimin qarşısında əyilmədi, öz sözünü inamla deyə bildi. Elə bir yumruq ki, xalqın gücünü, vəhdətini, mübarizliyini bütün dünyaya bəyan etdi.
Qələbədən sonra yenidən quruculuq və abadlaşdırmaq yolunda layihələr hazırlandı və tezliklə icra olunmağa başlandı. Bu onu göstərir ki, ölkə başçımız tezliklə bu bölgələrin vacib infrastrukturunun qurulması və abad bir məkana çevirməklə Qarabağın əvvəlki şan-şöhrəti tezliklə özünə qaytaracaq.