Cənab Prezident doğma partiyamızın sədri kimi qarşımızda tarixi hədəflər müəyyən etmişdir
Samirə Almazova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu Əlövsət Vəliyev adına körpələr evi, uşaq bağçasının tərbiyəçisi
Ümummilli lider Heydər Əliyev xalqın istəyi ilə hakimiyyətə qayıtdı. 25 il əvvəl prezident seçilən Heydər Əliyev xalqa müraciətində xalqı səfərbər olmağa çağırdı. Respublikamız müstəqillik əldə etdikdən sonra nailiyyətləri, inkişafı, məhz Ulu Öndərin həyata keçirdiyi iqtisadi inkişaf siyasətinin reallaşdırılması sayəsində mümkün olmuşdur.
Lider olmaq istəyi çoxlarında ola bilər. Ümummilli lider Heydər Əliyevin davamçısı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin liderliyini onun siyasi simasında görmək olur. “Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq” – bu fikirlər Ulu Öndərin uzaqgörənliyinin təsdiqidir. Bu fikrin davamı olaraq Prezident İlham Əliyev bildirib: “Güclü qüdrətli Azərbaycan hər birimizin qürur mənbəyidir”.
Ümummulli lider Heydər Əliyevin iki şah əsəri var. Biri Azərbaycan Respublikası digəri Yeni Azərbaycan Partiyasıdır. Cənab Prezident doğma partiyamızın sədri kimi qarşımızda tarixi hədəflər müəyyən etmişdir. Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizin bütövlüyü və müstəqilliyi, milli maraqlarını önə çıxardı və demokratik siyasi yolla mübarizə edəcəyini bəyan etdi. YAP qarşısına yeni məqsədlər qoydu və bu məqsədlərə nail olmaq üçün 2021-ci ildə keçirilən 7-ci qurultayda ətraflı məsələlər müzakirə olunmuşdur. Bu müddət ərzində YAP-nın ən başlıca fəaliyyəti şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına diqqət və qayğının göstərilməsidir.
Qələbə xalqımızın şanlı, şərəfli və qürurverici anlarının yaşadığı gündür. Bu günləri Ali Baş Komandanın dəmir yumruğu və Azərbaycan əsgərinin şücaəti ilə əldə etdik. 44 günlük əks-hücum əməliyyatları böyük zəfərlə bitdi. Zəfərimizə məna verən torpaqlarımızın azad olunması oldu. Azərbaycanın bu qələbəsi təkcə 44 günlük müharibənin nəticəsi deyil, həm də prezidentimizin fəaliyyəti dövründə yürütdüyü ali siyasətin nəticəsidir.
Qələbəmiz bir daha Azərbaycan xalqının qarşısında heç bir gücün, silahın dayana bilməcəyini göstərdi. Ölkə başçımızın dediyi kimi “Bizim dəmir yumruğumuzu həm gücümüzü, həm də birliyimizi təcəssüm etdirir.” Bu qələbəni bizə yaşadan ölkə başçımıza xalqımızın etibarı sonsuzdur.
Cənab Prezident Siz, hər zaman xalqımızın yanında olduğunuz üçün Sizə minnətdarlığımızı bildiririk və inanırıq ki, Sizin rəhbərliyinizlə görülən işlər daim xalqımızın inkişafı, gələcəyi üçün əvəzolunmazdır. Biz də Yeni Azərbaycan Partiyasının üzvü olaraq hər zaman sizi dəstəkləyirik və çalışırıq ki, bu yolda sizin etimadınızı doğruldaq.