Abdulla Məmmədov
Suraxanı Rayonu, Zığ Bələdiyyəsinin sədri
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
COP29 dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biridir. COP29 bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərinin, hökümət rəsmilərinin, alimlərin bir araya gəldiyi bir tədbirdir. İnkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkərə iqlim dəyişikliyinin qaçılmaz təsirlərini aradan qaldırmaq məqsədi ilə fonda yaratmış və onlara maliyyə və digər ehtiyaclı məsələlərdə yardım edirlər.
Hər il fərqli ölkənin ev sahibliyi etdiyi 29-cu “Tərəflərin Konfransı (COP)” bu ilin noyabr ayının 11-dən 24-dək Bakıda keçiriləcək. Bugünə qədər ev sahibliyi etdiyimiz ən böyük tədbirlərdən biri kimi qiymətləndirə bilərik.
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumda iştirak edib. Prezident İlham Əliyev girişdə konfrans iştirakçılarını salamladı və konfrans iştirakcıları ilə birgə Laçına səfər edəcəklərini vurğuladı. Laçın şəhərinin yenidən qurulmasından, dağıdılmış evlərin bərpasından danışdı. İlham Əliyev Avrasiya İqtisadi İttifaqı ilə sıx əməkdaşlıqlarından da danışdı. Azərbaycan özünü təmin edən iqtisadiyyata malikdir və böhran dövründə dayanıqlı artım nümayiş etdirmişdir. Xarici borcu olduqca aşağıdır. Bu göstərici üzrə aparıcı dövlətlər sırasındadır.
İlham Əliyev Azərbaycan-Almaniya münasibətlərindən bəhs etdi. Almaniya ilə ikitərəfli münasibətlərin fəal dönəmində olduğunu açıqladı. Prezident İlham Əliyev COP29-un Azərbaycan üçün əhəmiyyətindən danışdı. COP29 bizim üçün məsuliyyətli bir tədbirdir. COP29 sülh prosesinin nəticəsidir və sülh prosesi sayəsində COP29-a biz ev sahibliyi etmək hüququ qazandıq.
Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərindən danışarkən İlham Əliyev sülh sazişinin hər iki ölkə üçün əhəmiyyətindən danışdı. Cənubi Qafqaz ölkələrinin potensialı artıq məlumdur və biz hansı sahələrdə birgə işləyə biləcəyimizi də bilirik Azərbaycan ilə Gürcüstan arasında təbii qaz sahəsində əməkdaşlığına nəzər salsaq, görərik ki, o, qarşılıqlı şəkildə faydalıdır və bu gün Gürcüstan təbii qaz təchizatı sahəsində təhlükəsizliyini 100 faiz təmin edib. Gürcüstanda iqtisadiyyatın və sənayenin artımı nəticəsində istehlak da ilbəil artır. Biz təchizatımızı hər il artırırıq və hazırda, düşünürəm ki, o, artıq üç milyard kubmetrə çatıb. Gürcüstanın qaz təchizatının təxminən 100 faizini Azərbaycan təmin edir. Potensial qaydada xüsusən də, Gürcüstan üçün qaz qiymətinin çox əlverişli və güzəştli olmasını nəzərə alaraq, Ermənistan da Azərbaycan qazını ala bilər. Yaxınlıq, infrastruktur baxımından, əlbəttə ki, bu cür əməkdaşlıq təbii olardı.
İlham Əliyev regionun təhlükəsizliyindən, quru sərhədlərin bağlı olması məsələsinə də aydınlıq gətirdi. Quru sərhədlərin bağlı olması Azərbaycanda təhlükəsizliyi gücləndirib. Əvvəlki dövrlərdə belə hallar çox olub, bəziləri açıqlanıb, digərlərini ictimaiyyətləşdirməmişik. Kənardan ciddi təhlükə və problemlərlə üzləşirdik. Bütün potensial risklərimizin kənardan ola biləcəyini deyəndə, məhz bunu nəzərdə tuturdum. Məncə, təfərrüatlara çox varmasam, başa düşəcəksiniz. Amma Prezident, milli təhlükəsizlik məsələləri ilə gündəlik məşğul olan bir şəxs kimi deyə bilərəm ki, biz sərhədlərimizi bağladıqdan sonra milli təhlükəsizliyimiz üçün çox böyük faydalar gördük və bu, reallıqdır.
İlham Əliyev qonşuluq münasibətləri ilə bağlı sualada aydınlıq gətirdi. Qonşularımızla yaxşı, bəzən də gözəl münasibətlər qura bildiyini və uğurun əsasını bunda gördüyünü vurğuladı. Çünki onlar bizə etibar edə bilərlər və bilirlər ki, bizdən heç bir sürpriz olmayacaq. Ukraynaya münasibətdə bu ölkənin ərazi bütövlüyünə dəstəyimiz dəfələrlə ifadə olunub və bu, bizim mövqeyimizdir, harada danışdığımızdan asılı olmayaraq, bunu gizlətmirik.
İsraillə yaxşı münasibətlərdən bəhs etdi. Biz bir-birimizi dost hesab edirik. Bu, bizim İran və ya Fələstinlə münasibətlərimizə təsir edən amil olmamalıdır. Mövqeyim tamamilə birmənalıdır. Yenə də beynəlxalq hüquqa əsaslanaraq, biz Fələstin xalqının öz dövlətinə sahib olmaq istəklərini tam dəstəkləyirik. Biz müxtəlif qurumlarda, o cümlədən İslam Əməkdaşlıq təşkilatlarında təşəbbüslərlə çıxış etmişik və ya bir çox hallarda müxtəlif tədbirlərdə iştirak etmişik. Biri digərini istisna etməməlidir. Ədalətli olmalısan, addımlarını, bəyanatlarını beynəlxalq hüquq əsasında qurmalısan. Hər şeyi milli maraqlara uyğun etməli, milli maraqlara zidd heç nə etməməlisiniz.