Türkiyə və Azərbaycan həmişə bir yerdədir
Vəfa Əzizova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Bakı şəhəri 114 nömrəli tam məktəbin tarix müəllimi
Bir xalqın talehi seçdiyi rəhbərindən çox asılıdır. Əsrlər öncə Səfəvi və Osmanlı dövlətləri arasında baş verən münaqişələrdən az və ya çox məktəb dövründə tarix dərslərindən xatırlayanlar vardır. Bu münaqişələrin yaranması Qərb dünyasının marağında olan və hətta iki türk dövlətinin toqquşmasından, münaqişəsindən böyük bayram sevinci yaşayıb. Lakin 16-cı əsrdə hökmdar olan rəhbərlər toqquşmaları sakitləşdirmək əvəzinə səhvlərə yol verərək düşmənçilik mövqeyi tutdular. Lakin əsrlər sonra tarix bir daha ikinci Qarabağ savaşı ilə sübut etdi ki, türkün gücü birlikdədir. İkinci Qarabağ savaşında Xalqımıza mənəvi dəstək göstərən ilk dövlət Türkiyə Cümhuriyyəti oldu.
Cənab Prezident İlham Əliyev 28-May Müstəqillik günündə Dənizkənarı parkda “Texnofest” tədbiri çıxışında dövlətlərimizin birliyi haqqında ətraflı məlumat verdi. Bu bütün dünyaya xalqlarımız arasında birliyin olması haqqında bir mesaj idi. “Texnofest” elmi, biliyi təbliğ edən bir tədbir olmaq ilə yanaşı xalqlarımızın birliyinin nümayişi olan bir tədbir kimi tarixə düşdü. Məhz bu tədbirdən sonra bir çox yeniyetmələr texniki inkişafa dəstək yoluna çox böyük maraq göstərəcək. Dövlətimizin gələcəyi güclü iqtisadi, elmi, mədəni inkişafı məhz bu cür tədbirlərdən stimul alan, motivasiya olan yeniyetmə və gənclərdən çox asılıdır.
Cənab Prezident İlham Əliyev bir daha tədbirdəki çıxışında qeyd edib ki, gənclərimiz dünyaca məşhur olan alim Aziz Sancardan nümunə alsınlar. Eyni zaman da İkinci Qarabağ savaşında pilotsuz uçuş aparatlarının mühəndisi olan Səlcuq Bayraktar, Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğan, eləcə də Prezident İlham Əliyevin özündən örnək alsınlar.
1918-ci ildə Bakının erməni işğalçılarından azad olunmasında ən böyük dəstəyi məhz Türkiyə Cümhuriyyəti hərbi qüvvələri etmişdi. Tam 104 il bundan öncə Azərbaycan tarixində 28 Mayda müstəqil dövlətin qurulması ilə Azərbaycan yeni mərhələyə qədəm qoymuşdu. Şərqdə ilk dəfə olaraq müstəqil dövlət hesab olunurdu. Təssüf ki, xarici qüvvələrin təsirlərinə məruz qaldı və 2 il sonra süquta uğradı. 72 il sonra Azərbaycan xalqı öz müstəqilliyinə qovuşdu.
Azərbaycan və Türkiyə dostluğu, qardaşlığı, birliyi, müttəfiqliyi regionda sülhün əmin-amanlığın iqtisadi gücün inkişafı üçün əsas amildir. 2021-ci il 15 iyun Milli Qurtuluş Günündə Şuşa şəhərində Cənab Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında imzalanan Şuşa bəyannaməsi bir daha dövlətlərimiz arasında müttəfiqlik rəmzinə çevrildi. Şuşa Bəyannaməsində Azərbaycan ilə Türkiyə arasında iqtisadi, mədəni, elmi, hərbi, müttəfiqlik və əməkdaşlıq haqqında əsaslı iddialara imza atan müttəfiqlər dünya birliyi qarşısında xalqlarımızın dostluğu tarixi köklərinin bağlılığını mesajını vermişdi.
“Texnofest” tədbiri iştirakçılarının diqqətinə bir daha tariximiz haqqında dəyərli məlumatları çatdıran İlham Əliyev xalqlarımız arasında əlaqələrin daim hər tərəfli müsbət inkişaf dinamikası üçün çalışacağını bildirir.