Bu cür mənəviyyatdan kənar addımlar ancaq və ancaq xəyanətin göstəricisidir

Bu cür mənəviyyatdan kənar addımlar ancaq və ancaq xəyanətin göstəricisidir

30 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə məxsus helikopter təlim uçuşu həyata keçirən zaman eniş əsnasında qəzaya uğrayıb. Yüksək rütbəli zabitlərində olduğu 14 nəfər şəhid olub, 2 nəfər yaralanıb. Bu xəbər ölkə gündəmində hər kəsi dərin hüznə qərq edib. Lakin bu xəbəri piar üçün istifadə edinlərə nə deməli?

Mətbuatda, sosial mediyada yazılanlara baxdıqda təəssüflənməyə bilmirsən. Hələ heç bir rəsmi qərar, açıqlama olmadığı halda helikopter sözünün vertalyot sözü ilə sinonim olduğunu yenicə öyrənənlər ortalığa düşüblər. Heç bir dəlilə, sübutasığmayan, əsaslanmayan insan təxəyyülünün məhsulunu paylaşırlar.

Bu da, azmış kimi özünü müxalifət adlandıran amma Vətənə xəyanət obyektinə çevirilmiş AXCP və onun ətrafındakılar fürsətdən istifadə edərək hakimiyyəti hər cür böhtanla qaralamağa çalışır. Onların əlaltıları da Youtube kanallarında provakatif işlərlə məşğul olur.  Bunları gördükdən sonra kiçik bir araşdırma etdim. Dünya hərbi helikopter qəzaları kifayət qədər çox baş vermişdir. Bunu deyə bilərəm ki, bu cür dəhşətli hadisə yalnız bizdə deyildir. Türkiyədə baş verən helikopter qəzalarında 200-dən artıq əsgər və yüksək rütbəli zabit şəhid olmuşdur. Belə hadisələr yalnız Türkiyədə baş vermir. Dünyada helikopter istehsalı üzrə ilk yerlərdən birini tutan Rusiya və ABŞ kimi ölkələrdə də, bu cür bədbaxt hadisələr baş verir. Bu, onu göstərir ki, ölkəmizdə baş verən hadisə dünyanın bir çox inkişaf etmiş ölkələrində də yaşanır. Bu bədbəxt hadisəni siyasiləşdirmək, ona başqa don geyindirməyə çalışmaq nəyə əsasdır?! Nə məqsəd güdür?

Rusiyanın etdiyini düşünən Rus qırıcılarını havaya qaldıranlar xəritədə Xızı rayonun yerini bilirmi görəsən?! Məlumat üçün deyim ki,  Bakıdan Xızı rayon mərkəzinə 104 km, Yalama sərhəd keçid məntəqəsindən Xızı rayon mərkəzinə 156 km-dir. Hər hansı bir ölkənin qırıcısının ölkə sərhədlərinə daxil olması hansı məntiqə sığır?! Bu cür böhtan atanlar şəhid adını ağızlarına necə ala bilirlər? Şəhidlərin ruhlarına hörmətsizlik edib, yaxınların hüznlərinə dəyər verməyən, hörmət göstərməyərək məsələyə siyasi don geyindirməyə çalışanlar, siz, kimə xidmət edirsiniz?

İndi düşünün, Vətən 14 övladını zabitini itirib. Bundan siyasi məqsəd üçün istifadə edənlər, şəhidlər torpağa tapşırılmamış vəda mərasimi keçirilən bir vaxtda şəhidlərimizə vəda etmək, hörmət göstərmək əvəzinə aksiya keçirdilər. Vətən üçün canından keçənlərə hörmətsizlik edərək öz siyasi məqsədlərini düşündülər. Sonra şəhid ailələrinin adından danışırlar. Görəsən bu hörmətsizlikdən sonra dilləri varmı bir daha şəhidlərin adlarını ağızlarına almağa?!

Nəyə görə aksiyanın vaxtı dəyişilmədi? AXCP-ın sədri Əli Kərimli aksiya keçirilməsi ilə bağlı çağırış etmədi, yalnız trol manufakturasını işə saldı?! Bəlkə də, Avropadan, Soros fondundan alınan qrantın hesabatını gecikdirdikləri üçün mütləq keçirilməli olan aksiyanı Əli Kərimli paylaşmaqdan ona görə qorxdu ki birdən keçirilməz fondla arası pis olmasın. Bunların bu cür mənəviyyatdan kənar addımlar ancaq və ancaq xəyanətin göstəricisidir. Helikopter qəzasına siyasi don geydirənlərə, şəhidlər torpağa tapşırılmamış insanları aksiyaya səsləyənlərə, vətənin havası suyu halal olmaz!

Taleh Mansurov

Gənclərin Töhfəsi İctimai Birliyinin baş katibi