Bu gün şəhid Tamerlan Suleymanovun doğum günüdür

Bu gün şəhid Tamerlan Suleymanovun doğum günüdür

01 mart Vətən Müharibəsi Şəhidi kiçik gizir Süleymanov Tamerlan Xankişi oğlunun doğum günüdür. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, digər rəsmi şəxslər  və rayon ictimaiyyətinin görkəmli nümayəndələri Şəhidimizin Xəzər rayon Binə qəsəbəsi Şəhidlər Xiyabanındakı əbədi istirahətgahını ziyarət etmiş, məzarı üzərinə güllər düzmüş və dualar oxumuşlar.

Qeyd edək ki, şəhid  kiçik gizir  Süleymanov Tamerlan Xankişi oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə,  Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.