Bayrağımız suverenliyimizin bərqərar olduğu ərazilərdə qürurla dalğalanır

Bayrağımız suverenliyimizin bərqərar olduğu ərazilərdə qürurla dalğalanır

19 sentyabr 2025-ci ildə Suraxanı rayonu, 278 nömrəli tam orta məktəbdə 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində “20 Sentyabr- Dövlət Suverenliyi Gününə” həsr olunmuş "Bayrağımız suverenliyimizin bərqərar olduğu ərazilərdə qürurla dalğalanır" adlı tədbir keçirilib.

Dövlət himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə 278 nömrəli tam orta məktəbin direktoru Sevinc Hüseynova, YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova, 278 nömrəli tam orta məktəbin kollektivi və şagirdlər iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan 278 nömrəli tam orta məktəbin direktoru, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri Sevinc Hüseynova dedi ki, 2023-cü il sentyabrın 19-20-də keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü, dövlət suverenliyi tam bərpa olunmuş və şanlı tariximizə ən parlaq səhifələr yazılmışdır. Suverenliyimizin tam bərpası ilə yekunlaşan, separatizmə son qoyan lokal xarakterli antiterror tədbirləri nəticəsində bu gün Azərbaycanın Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanması qürurvericidir.

Kürsüm Həsənova çıxış edərək ilk öncə, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun təbriklərini tədbir iştirakçılarına çatdırmışdır. Kürsüm Həsənova onu da xüsusi olaraq vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tarixi Zəfərə imza ataraq, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunmuşdur. Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad olunan bütün ərazilərdə bərqərar olunaraq, Dövlət Bayrağımız əzəli torpaqlarımızda əzəmətlə dalğalanmaqdadır. 

Çıxış edən digər çıxışçılar bildirmişlər ki, 19 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycan xalqının iradəsinin, qəhrəman ordumuzun rəşadətinin və dövlətimizin siyasi iradəsinin simvoludur. 

Tədbir daha sonra 278 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı nömrələrlə davam etdirilidi.

Sonda xatirə şəkli çəkdirildi.