Bələdiyyə seçkiləri ilə əlaqədar Əmircan və Qaraçuxur qəsəbələrində səyyar görüşlər uğurla davam edir

25 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Suraxanı rayonu Əmircan və Qaraçuxur bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə səyyar görüşləri keçirilib.
Seçicilərlə səyyar görüşlər Əmircan qəsəbəsi, Məktəbli və Neftçi küçələrində namizəd Aytac Xalıqzadənin, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “Q” yaşayış sahəsi, Abad məhəllədə 21, 22, 23 saylı binaların qarşısında namizədlər İxdiyar Nəcəfovun, Arif Şahmuradovun, Mirvari Quliyevanın, Rəşad Rzayevin, İlham Mirzəyevin iştirakı ilə keçirilmişdir.
Seçirilən bütün səyyar görüşlərdə YAP-ın namizədləri partiyanın seçki proqramları ilə seçiciləri tanış etmiş və gələcək planları haqqında geniş məlumat vermişlər.
Səyyar görüşlər zamanı seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcələrini vurğulayıblar.