Bələdiyyə seçkiləri ilə əlaqədar Qaraçuxur, Zığ və Hovsan qəsəbələrində səyyar görüşlər davam edir
10 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Suraxanı rayonu Zığ, Qaraçuxur və Hövsan bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə səyyar görüşləri keçirilib.
Seçicilərlə səyyar görüşlər Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “V” yaşayış sahəsi I və V binaların qarşısında namizəd İxtiyar Nəcəfovun, Zığ qəsəbəsi, Zığ parkında namizəd Təranə Səfərovanın, Hövsan qəsəbəsi, şəhid Fizuli Bayramov, Hafiz Quliyev küçələrində namizədlər Seymur Rəsulovun, İbrahim İbrahimovun, Elburus Xəlilovun və Sənan Əliyevin iştirakı ilə keçirilmişdir.
Hər üç görüşdə YAP-ın namizədləri partiyanın seçki proqramları ilə seçiciləri tanış etmiş və gələcək planları haqqında geniş məlumat vermişlər.
Səyyar görüşlər zamanı seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcələrini vurğulayıblar.