Bələdiyyə seçkiləri ilə əlaqədar Əmircan, Yeni Suraxanı, Qaraçuxur, Bülbülə və Hövsan qəsəbələrində səyyar görüşlər uğurla davam edir

Bələdiyyə seçkiləri ilə əlaqədar Əmircan, Yeni Suraxanı, Qaraçuxur, Bülbülə və Hövsan qəsəbələrində səyyar görüşlər uğurla davam edir

13 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Suraxanı rayonu Əmircan, Yeni Suraxanı, Qaraçuxur, Bülbülə və Hövsan bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə səyyar görüşləri keçirilib.

Seçicilərlə səyyar görüşlər Əmircan qəsəbəsi, Zahid Əliyev, Hasil Bayramov, Tahir Bağırov, Vaqif, Nəsrəddin Tusi, İlham Şükürov küçələrində namizəd Anar Tağıyevin, Əmircan qəsəbəsi, Qasım bəy Zakir küçəsində namizəd Emil Yusifovun, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsində namizəd Rəşad Yusifovun iştirakı ilə keçirilmişdir.

Eyni zamanda səyyar görüşlər Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsi 21-ci binanın qarşısında namizəd Könül Hümbətovanın, Hövsan qəsəbəsi, Mirzəağa Əliyev küçəsində və Hövsan kəndinin daxilində məscidin yanında namizəd Kəmaləddin Nəzərlinin, Hövsan qəsəbəsi, Elxan Nəcəfli və İlqar Əhlimanov küçələrində namizəd İbrahim İbrahimovun, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsində Məzahir Əhmədlinin iştirakı ilə keçirilmişdir.

Həmçinin səyyar görüşlər Yeni Suraxanı qəsəbəsi, Mirzə Əsədulla, Zeynalabdin Tağıyev, Mirzə Ələkbər Sabir, Vahid Xəlilov, 14 İyul küçələrində namizəd Fuad Rəhimovun, Yeni Suraxanı qəsəbəsi, T.Nərimanov, 14 İyul, Müstəqilliyin İyirmi İlliyi, Xanlar Ələkbərov küçələrində namizəd İsgəndər Abdullayevin, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsində namizəd Həqiqət Məmmədovanın, Qaraçuxur qəsəbəsi, Vətən Şəhidləri Unudulmur parkında,  Tərlan Şirinov küçəsində namizədlər İxtiyar Nəcəfovun, Arif Şahmuradovun, Rəşad Rzayevin və Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində namizəd Nəsib İsmayılovun iştirakı ilə keçirilmişdir.

Seçirilən bütün səyyar görüşlərdə YAP-ın namizədləri partiyanın seçki proqramları ilə seçiciləri tanış etmiş və gələcək planları haqqında geniş məlumat vermişlər.

Səyyar görüşlər zamanı seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcələrini vurğulayıblar.