Azərbaycan ilə Çexiya arasında dialoq yüksək səviyyədədir

Azərbaycan ilə Çexiya arasında dialoq yüksək səviyyədədir

Dürdanə Hüseynova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu, 313 saylı uşaq bağçası və körpələr evinin müdiri

Prezident İlham Əliyevin 2026-cı il aprelin 27-də Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana olan səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanət barədə İlham Əliyev 2026-cı il aprelin 27-də Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana gəlişi zamanı bir sıra bəyanətlər vermişdir. Prezident İlham Əliyev çıxışında Azərbaycan ilə Çexiya arasında dialoqların yüksək səviyyədə olduğunu, iki dövlət arasında mühüm əməkdaşlıqların aparıldığından bəhs etmişdir.

Dövlət başçısı İlham Əliyev, bu mühüm əməkdaşlıqlardan birinin də müdafiə sənayesi olduğunu xüsusilə vurğulamışdır. İki ölkə arasındakı ticarət əlaqələrinin genişləməsi və bir sıra digər iqtisadi layihələr üzrə işlər aparıldığı da bu bəyanətdə qeyd olunur. Bəyanətdə Azərbaycan qazının bir çox ölkəyə ixracı və bu ölkələrin bir qisminin Avropa ittifaqına üzv olmasını da dövlət başçısı xüsusən vurğulamışdır.

Azərbaycanın Çexiyadakı səfirliyi 2005-ci il 31 oktyabr tarixindən bəri fəaliyyətə başlamışdır. Keçən illər boyunca müxtəlif sahələrdə, xüsusilə enerji, təhsil və iqtisadiyyat istiqamətlərində bir sıra önəmli addımlar atılaraq hər iki ölkənin də inkişafına ciddi tövhələr verilmişdir. Bundan əlavə, humanitar və mədəni əlaqələr də inkişaf etməkdədir. Parlamentlərarası əməkdaşlıq, birgə komissiyalar və müxtəlif layihələr iki ölkə arasında qarşılıqlı əlaqələri daha da gücləndirir.

Nəticə olaraq qeyd etmək olar ki, Azərbaycan Respublikası ilə Çex Respublikası arasındakı münasibətlər davamlı şəkildə inkişaf edir və gələcəkdə daha da genişlənməsi üçün böyük potensial mövcuddur.