Azərbaycanın “yaşıl enerji” xəritəsində Xızı-Abşeron Külək Elektrik Stansiyası mühüm yer tutur.
Yunis Əsgərli
YAP Suraxanı rayon təşkilatının ƏPT-nın sədr müavini
Azərbaycan bərpa olunan enerji ehtiyatları baxımından geniş və əhatəli imkanlara malik bir ölkə kimi bütün dünyada tanınır. Aparılan araşdırılmalar sübut edir ki, külək və günəş enerjisinin quruda həcmi 27 qiqavatdan çoxdur. Azərbaycanda təkcə Xəzər dənizininin külək enerjisi 157 qiqavat təşkil edir. Bütün bu göstəricilər regionumuz üçün çox ciddi enerji potensialı olduğunun göstəricisidir.
Bakıda yanvarın 8-də “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi, Prezident İlham Əliyevin tədbirdə çıxışı bir daha qarşıya qoyulan hədəflərə doğru əmin addımlar atıldığının bariz nümunəsidir. Açılış mərasimi zamanı Cənab İlham Əliyev öz çıxışında vurğulayıb ki, “Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, inkişafı son illər ərzində əsas prioritetlərdən biri kimi qəbul edilmişdir: Demək olar ki, son 20 il ərzində bizim enerji sistemimiz, yəni generasiya gücləri, böyük dərəcəli yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənmişdir”. Bu stansiya demək olar ki, Azərbaycanın “yaşıl enerji” xəritəsində mühüm yer tutur. Bunun nəticəsində istifadə olunan ənənəvi enerji mənbələrinə düşən güc xeyli azalacaq, atmosferə atılan zərərli tullantıların həcmi də bəlli dərəcədə aşağı enəcək.
Azərbaycan ənənəvi enerji resurslarının həm daxili tələbatın ödənilməsində, həm də ixrac imkanlarının daha da genişləndirilməsində səmərəli şəkildə istifadə edir. Bütün bu işlər bir daha sübut edir ki, Azərbaycanda enerji sisteminin yenilənməsi və inkişafı əsas istiqamətlərdən biri kimi müəyyənləşib. Son illər ərzində generasiya gücləri, iri yarımstansiyalar və elektrik ötürücü xətlər mərhələli şəkildə tamamilə müasir tələblərə uyğunlaşdırılıb. Bu dövrdə yaradılan generasiya imkanları təqribən 3 dəfə artıb. Hazırda ölkəmizin ümumi generasiya gücü 10 min meqavata bərabərdir, bu göstəricilər enerji sektorunun inkişaf tarixində ən yüksək nəticədir.