Azərbaycan tarixində qadınların rolu
Əfsanə Əkbərova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
2 saylı Uşaq Sosial Xidmətlər Agentliyinin tabeliyində
Qadın-anadır, qadın-ailədir, qadın-həyatdır, qadın-nəfəsdir, bir sözlə qadın cəmiyyətin özüdür. Bir cəmiyyətin nə qədər savadlı, ziyalı, alicənab həyatın müxtəlif sahələrində öz sözünü deyə bilən qadınları varsa bir o qədər inkişaf edəcəkdir. Çünki bir kişinin savadlı olması sadəcə bir savadlı insane deməkdir, bir qadının savadlı olması bütöv bir nəsilin savadlı olması deməkdir.
Bu gün Azərbaycan Respublikası əhalisinin ümumi sayının 50,2 faiz, ümumi işçi qüvvəsinin 48,4 faiz, məşğul olanların ümumi sayında qadınların payı 48,1 faiz olmuşdur. Fərdi sahibkarların ümumi sayında qadın sahibkarlar 23,7 faiz Yerli özünü idarəetmə orqanlarında qadınların təmsilçiliyi 39,34 faizə yüksəlmiş, dövlət qulluqçuları arasında qadınların payı son dörd ildə 27,5 faizdən 29,7 faizə çatmış, həmçinin hakimlər, hüquq-mühafizə orqanlarının əməkdaşları və vəkillər arasında qadınların sayı artmışdır.
Bu gün müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri, gördüyü işləri və tarixdə qoyduğu izlər hər hansı faiz nisbətilə ilə deyil, yüksək mənəvi dəyərlərlə qiymətləndirlir. Burada həm milli mentalitetimiz həm də dövlətimizin yeritdiyi siyasəti mühüm rol oynayır. Azərbaycan qadının ölkənin siyasi mövqeyinin ortaya qoyulmasında, xalqımızın haqq səsinin dünyaya çatdırılmasında, cəmiyyətin hər sahəsində fəaliyyəti ilə ölkəmizin firavanlığının təmin edilməsində gördüyü işlər danılmazdır və bu tarix boyu da belə olmuşdur.
Qadınlarımız həm ailədə, həm işdə, həm də cəmiyyətdə bir çox vəzifləri vardır. Azərbaycan qadını həkimdir, vəkildir, müəlimdir, polisdir, hərbiçidir və bütün bu vəzifələrin öhdəsindən hər zaman şərəf və ləyaqətlə gəlir. Belə demək mümkünsə qadın həyatın özüdür, qadınsız cəmiyyət sönükdür. Ancaq onun ən mühüm vəzifəsi ana olmağıdır. Bu nöqteyi-nəzərdən dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında hər zaman analarmızın böyük rolu olub.
Eyni zamanda, Azərbaycan qadını dövlətimizin taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini verməklə yanaşı,vətənimizin azadlığı, bütovlüyü, müstəqilliyi, suverenliyi naminə canları, qanları bahasına torpağımızın müdafiəsinə qalxan şərəfli,qeyrətli igid qəhraman övladlar yetişdirməklə öz layiqli ana obrazını yaratmışdır. Buna görədə xalqımız hər zaman belə anaların qarşısında baş əyir və hər zaman onları böyük hörmətlə anır.
Əbəs yerə Ümummilli lider Heydər Əliyev qadın siyasətinə dövlətin mühüm və prioritet vəzifəsi kimi baxmırdı və bunun nəticəsi olaraq dünya eyni zamanda Azərbaycanı həm də lider qadınlar ölkəsi kimi tanımağa başladı. Sonrakı illərdə Prezident İlham Əliyev xalqımızın Ümummilli liderinin başladığı bu siyasətin mükəmməl nümunəsini yaratdı.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu işdə dövlət başçımızın ən yaxın silahdaşı və dayağıdır. Onun hərtərəfli fəaliyyəti həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırdı, qadına zidd olan stereotipləri sındırdı, xanımların ictimai həyatda fəal iştiraka cəlb edilməsinın mümkünlüyünü göstərdi. O, həm ictimai xadim, həm ailə xanımı, həm ana kimi Azərbaycan qadınını təcəssüm etdirir.
Nəticə etibarilə bütün dövrlərdə azərbaycan qadını istər ictimai, istər siyasi,ədəbi və mədəni həyatında hər zaman vacib rol oynamış və bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır və yazılmaqdada davam edir.