Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkədir
Elvina Əhmədova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət məktəbinin direktoru
Prezident müsahibə zamanı Azərbaycan-Ermənistan, Qarabağ məsələsinin həllində son vəziyyət və perspektivləri ilə bağlı sualları cavablandırıb. Ölkə başçısının Qarabağ ermənilərinə müraciəti, sülhlə bağlı səsləndirdiyi fikirlər xüsusilə diqqət çəkib. Bir çox yerli və beynəlxalq siyasi analitiklər Əliyevin bu açıqlamalarını Ermənistan və onun havadarlarına mesaj kimi dəyərləndiriblər. İlham Əliyev dəfələrlə vurğulayıb ki, Cənubi Qafqaz regionunda ictimai münasibətlər sisteminin normal qaydada bərqərar edilməsi və ölkələr arasındakı konfliktlərə son qoyulması üçün sülh prosesi mütləq olmalıdır.
Azərbaycan 30 il ərzində də sülhlə bağlı mövqeyini ifadə edib. Biz heç zaman bölgədə savaş və gərginliyin olmasını arzulamamışıq. Təəssüflər olsun ki, bu gün Azərbaycana ağıl öyrətməyə çalışan bəzi beynəlxalq təşkilatlar rəsmi Bakının sülhlə bağlı mövqeyini sobataj etməyə çalışırlar. Bu baxımdan Azərbaycan Prezidenti "Euronews" kanalına sonuncu müsahibəsində də ölkəmizin sülhə sadiqliyini, eləcə də dövlətin sülhə olan münasibətini beynəlxalq ictimaiyyətin diqqətinə növbəti dəfə çatdırdı.
Eyni zamanda ölkə başçısı tərəfindən Ermənistana sülhlə bağlı növbəti dəfə şans verildi. Artıq İrəvanın seçimi qalmayıb və Paşinyan hökuməti sülhlə bağlı real addımlar atmağı praktiki olaraq bacarmalıdır Prezident İ.Əliyev qeyd etmişdiki, 2020-ci il noyabrın 10-da Bəyanatı imzaladığı zaman vəziyyət, əslində, dayanıqlı sülhü təmin etmirdi. O, sülh razılaşması deyildi, Bəyanat idi. Əslində, Ermənistanın kapitulyasiya aktı idi. Buna görə Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə çıxış etməyə başladıq və ictimaiyyət qarşısında bu açıqlandı. Elan edildi ki, sülh sazişi imzalanmalıdır. Sonra isə sülh sazişinin prinsipləri müəyyən edildi. Onlar ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləridir.
Bununla belə, möhtərəm Dövlət başçımızın dediyi kimi, Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olmasına rəğmən, yenə də sülh prosesinin əsas təşəbbüskarı və müəllifi kimi çıxış edir. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində rəsmi Bakının beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanan mövqeyini açıqlayarkən sülhün əsas şərti kimi Ermənistan tərəfindən konstruktiv yanaşmanın zəruriliyini önə çəkilmişdir.
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində rəsmi Bakının beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanan mövqeyini açıqlayarkən sülhün əsas şərti kimi Ermənistan tərəfindən konstruktiv yanaşmanın zəruriliyini önə çəkilmişdir. Erməni icması beynəlxalq ictimaiyyətin sülh təşəbbüslərinə qarşı çıxmamalıdır. Əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda tezliklə sülh variantını tapa bilərik.
Bununla da dövlətimizin başçısı dinc yolla sülhə nail olmaq üçün imkanların tükənmədiyinə ümidini ifadə etmişdir. Prezident qonşularımızla formalaşan münasibətlərə də toxunaraq hələ ki, yek və ilk olaraq imzalanmış atəşkəs sazişinin, yəni, 2020-ci il 10 noyabr tarixli Bəyanatın vasitəçisi Rusiya Federasiyasının Cənubi Qafqazda sülhün təmin olunmasında rolundan danışıb, məhz Rusiya- Ukrayna müharibəsindən sonra Birləşmiş Ştatların və Avropa İttifaqının fəallaşdığını qeyd edib.