Suraxanı neftçiləri enerji təhlüksizliyi ilə bağlı bu müqaviləni yüksək qiymətləndirir və ürəkdən alqışlayır
Nənəxanım Paşayeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədrinin müavini
“Suraxanı OYL O.K.S.A” şirkətinin Ümumi işlər departamentinin katiblik xidmətinin rəhbəri
Gənc və müstəqil Azərbaycan dövləti uzun illərdir ki, Avropa İttifaqının etibarlı və sədaqətli tərəfdaşı kimi yüksək nüfuzunu qoruyub saxlayır. 71 il əvvəl Paris Anlaşması nəticəsində yaranmış, hazırda 27 dövləti özündə birləşdirən Avropa Birliyi müxtəlif qurumlar formalaşdırmışdır. Bu qurumların hamısı Azərbaycanla obyektiv şərtlər daxilində əməkdaşlıq edir ki, bu da qürurvericidir.
Dövlət başçımızın bu il iyulun 18-də Avropa Komissiyasının prezidenti Ursula FON der Lyavenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə səsləndirilən faktlar və rəqəmlər göstərdi ki, tərəflər qarşılıqlı və bərabərhüquqlu tərəfdaşlıq etməkdə maraqlıdır. Elə bu görüşdə növbəti sənədin imzalanması da bunu bir daha sübut etdi. Görüşdə tərəflər arasında enerji sahəsində strateji tərəfdaşlığa dair növbəti Anlaşma Memorandumu imzalandı. Belə ki, əvvəllər bağlanmış müqavilələrun nəticəsində cari ilin əvvəlindən Azərbaycan və Avropa ittifaqı arasında müxtəlif sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini nəzərdə tutan enerji dialoquna start verilmişdir. Prezident cənab İlham Əliyevbir daha xatırladır ki, Avropa İttifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşdır, tərəflərimiz arasındakı münasibətlərin böyük gələcəyi var və planlaşdırdığımız bütün məsələlərin həllinə nail lacağıq.
Azərbaycanla Avropa İttifaqı arasında bütün səmərəli əməkdaşlıq münasibətləri dövlət başçımızın uzaqgörən, ölkəmizin dövlət maraqlarını hər şeydən üstün tutmasının və milli mənafelərimizin mühafizəsini başlıca vəzifələrindən biri kimi diqqət mərkəzində saxlamasının məntiqi nəticəsidir. Respublikamızda ən qədim və ən iri neft rayonunun tarixi ənənənəlini bu gün də sədaqətlə qoruyan Suraxanı neftçilərinin nümayəndəsi kimi çalışdığım kollektivin üzvləri arasındakı əhval-ruhiyyədən belə qənaətə gəlirəm ki, neft və qaz hasilatı, nəqli sahəsində bağlanan hər bir müqavilə o cümlədən xalqımızın rifahını yüksəltməyə istiqamətləndirilmiş addım hesab edirlər. Eyni zamanda da Suraxanı neftçiləri enerji təhlüksizliyi ilə bağlı bağlanan bu müqaviləni yüksək qiymətləndirir və ürəkdən alqışlayır.