Ellada İbadova
Yeni Azərbaycan Partiyasının təəssübkeşi
Suraxanı rayonu, 285 nömrəli tam orta məktəbin müəllimi
Hər bir dövlətin gücü onun sahib olduğu ordusunun gücü ilə seçilir. Bu gün dünyada öz sözünü inamla söyləyən dövlətlərə nəzər yetirsək, hər birinin güclü Orduya malik olduğunu görürük. Azərbaycan Respublikasının Müzəffər Ordusunun və Ali Baş Komandanı Cənab İlham Əliyevin 44 günlük Vətən müharibəsində göstərdikləri şücaət nəticəsində öz qüdrətini göstərdi.
26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə 23 iyun 2023-cü ildə Müdafiə Nazirliyinin Komanda hərbi hissəsinə gedərək döyüş bacarığını təqdim etmə mərasimində iştirak etmişdir. Müzəffər Ali Baş Komandan, dövlətimizin rəhbəri İlham Əliyev çıxışında qeyd etdi ki, “Bu bayram günü ərəfəsində ölkəmizdə növbəti komanda hərbi hissəsi açılır. Bu çox əlamətdar hadisədir. Bildiyimiz kimi Vətən müharibəsindən sonra mənim göstərişimlə Müdafiə Nazirliyində Komando Qüvvələr yaradılmışdır və komandaların sayı gündən - günə artır. Artıq bir neçə hərbi hissə fəaliyyət göstərir və yeni hərbi hissələrin açılışı nəzərdə tutulur” deyə dövlət başçısı qeyd etmişdir. Bu gün Silahlı Qüvvələrimiz vahid proqram əsasında inkişaf edir.
Prezident İlham Əliyevin uğurlu iqtisadi siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür. Çıxışında dövlət başçısı İlham Əliyev qeyd etmişdir ki, “ onu da bildirməliyəm ki, Ordu quruculuğuna, yeni silahların, yeni texnikaların alınmasına, yeni döyüş birləşmələrinin yaradılmasına lazımı dərəcədə dövlət vəsaiti ayrılsın. Bizim uğurlu iqtisadi siyasətimizi, ölkəmizin artan gəlirini nəzərə alaraq bu yaxınlarda dövlət büdcəsinə əlavələr edilmişdir. Onsuz da bu ilin dövlət büdcəsi müstəqil Azərbaycan tarixində rekord büdcəsidir. Ancaq buna baxmayaraq biz əlavə vəsait əldə edən kimi büdcənin artmasına yeni böyük məbləğdə vəsait ayırdıq və burada iki əsas istiqamət müəyyən edilmişdir- birincisi, Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi, ikincisi hərbi potensiyalımızın gücləndirilməsi. Yəni, təkcə bu fakt özlüyündə onu göstərir ki, bizim üçün bu gün proritet məsələlərindən biri Ordu quruculuğu digəri isə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir”.
Prezident İlham Əliyevin uğurlu iqtisadi siyasətinin nəticəsidir ki, Qarabağda və Şərqi Zəngəzurda geniş miqyaslı quruculuq işləri aparılır. Yeni - yeni dövlət obyektləri, məktəb binaları, xəstəxanalar tikilir. Keçmiş məcburi köçkünlər öz dədə-baba torpaqlarına qaytarılır. Dövlət başçımız çıxışında qeyd etmişdir ki, onlarla görüşlər əsnasında mən demişdim ki, siz öz torpaqlarınıza qayıdacaqsınız, belə də oldu. Demişdim, biz heç vaxt imkan vermərik ki, ərazimizdə ikinci erməni dövləti yaradılsın, belədə oldu. Biz demişdik ki, düşməni torpaqlarımızdan qovduq, Azərbaycan bayrağını bizim tarixi torpaqlarımızda qaldırdıq. Yəni bu böyük tarixi nəaliyyətdir. Bu şanlı tarix Azərbaycan xalqının tarixində əbədi yaşayacaqdır.
Azərbaycanın firavanlığı, əmin amanlığı gələcəyi uğrunda dövlət başçımız gecə-gündüz durmadan çalışır. Tez-tez işğaldan azad olunmuş ərazilərimizə səfər edir. Quruculuq işləri ilə şəxsən tanış olur. Dövlət başçımız çıxışında qeyd etmişdir ki, “ Ulu Öndərin doğum günündə, 100 illiyində mən Şuşada idim. Mən atamın doğum gününü Şuşada qeyd etmişəm və hesab edirəm ki, bu addımımda böyük məna var. Şuşa Qarabağın tacıdır. Şuşa azad olunandan sonra Ermənistan dövləti və hökuməti öz məğlubiyyətini qəbul etməyə məcbur olmuşdur. Şuşa bizim gücümüzün, əyilməz ruhumuzun qəhrəman hərbiçilərimiz şücaətinin qəhrəmanlığının təcəssümüdür”.