28 oktyabr 2025-ci ildə Suraxanı rayonu, 279 nömrəli tam orta məktəbdə Şanlı Zəfərin 5-ci ildönümünə həsr olunmuş “Dəmir Yumruq – Zəfərə gedən yol!” adlı tədbir keçirildi.
Suraxanı rayonu, 279 nömrəli tam orta məktəbdə “Dəmir Yumruq – Zəfərə gedən yol!” adlı tədbir keçirildi.
Öncə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Çıxış edən natiqlər bildirmişlər ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci il torpaqlarımızı işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, uzaqgörən diplomatik addımları və xalqla ordunun birliyi şanlı zəfərin əsas dayaqları oldu.
Daha sonra məktəbin şagird-müəllim kollektivinin iştirakı ilə vətənpərvər mövzuda maraqlı kompazisiyalar tədbir iştirakçılarına təqdim olunmuşdur.