28 May –Müstəqillik günü tariximizin ən şanlı və parlaq səhifələrindəndir
Arzu Əliyeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 282 nömrəli tam orta məktəbin müəllimi
Əsasını yüz iki il bundan əvvəl 1918-ci ilin may ayının 28-də qoymuş Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin tarixinə şanlı bir səhifə olaraq daxil olub. Ömrü cəmi 23 ay olsa da xalqımızın milli mənlik qüruru özünə qayıtdı. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və höküməti, dövlət aparatı təşkil edildi. Azərbaycan Xalq Cümhuriyyəti hökümətinin başlıca məqsədi yeni yaradılmış dövləti dünyaya tanıtmaq idi. Ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı. Ana dili dövlət dili elan edildi.
Eyni zamanda müstəqilliyin ilk günlərindən hakimiyyət insanların bərabərliyi prinsipinə ciddi şəkildə diqqəti artırdı. Ölkə vətəndaşlarına eyni hüqüqlar verərək sinfi bərabərsizliyi aradan qaldırdı. Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısı alındı. Milli ləyaqət, milli qürür qazanılmış uğurların əsas şərtləri oldu. 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun yüksək mədəniyyətinin nəticəsi idi.
Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistan təcavüzü, xarici təziqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Belə bir vaxtda xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü. Ölkəmizdə davamlı ictimai –siyasi sabitliyi bərqərar etdi. Kiçik bir ölkə Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir.
Ulu Öndərimiz dəfələrlə bildirmişdir ki, biz bu gün dekomratik Azərbaycan dövləti qururuqsa, Xalq Cümhuriyyətinə borculuyuq. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, o dövrdə Azərbaycan öz istiqlaliyyətini bəyan etməsi heç də təsadüfü hadisə deyil idi. Hələ XIX əsrin ikinci yarısında, XX əsrin əvvələrindən xalqımızın mütəfəkkir şəxsiyyətlərinin qabaqcıl insanlarının fəaliyyəti nəticəsində Azərbaycanda milli oyanış, milli dirçəliş hissləri get-gedə artmışdır.
Heydər Əliyev Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü-Respublika Günü elan edərək, milli bayram olmasını bildirmişdir. Ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Prezident İlham Əliyev demişdir : “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdır. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur”.
Dövlətimizin başçısının sərəmcamları ilə 2018-ci ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olundu və AXC-nin 100 illik yubleyi təntənəli şəkildə qeyd edildi. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi ,dünyəvi dövlət,vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar həyata keçirilir,ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür.
Müstəqilliyimiz tariximizin qızıl səhifəsidir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan bayrağının bu gün artıq işğaldan azad olunmuş Şuşada dalğalanması Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.
Yaşasın güclü, müstəqil Azərbaycan !