Əhməd Vaqif oğlu Kərimov 4 avqust 1989-cu ildə Göyçay rayonunda anadan olub. Əhməd Kərimov 2020-ci il oktyabr ayının 4-ü hərbi xidmətə yollanaraq Azərbaycan Silahlı
Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Şuşa döyüşlərində savaşıb. Əhməd Kərimov noyabrın 10-da Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub. Noyabrın 12-də Suraxanı rayon Zığ qəsəbəsinin Dədə Qorqud Şəhidlər Xiyabanında dəfn olunub.
Amın tədbirində YAP Suraxanı Rayon Təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov, Qaraçuxur bələdiyyəsinin sədri İxdiyar Nəcəfov, digər rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, şəhid ailələri, şəhidin döyüş yoldaşları Zığ qəsəbəsi, Dədə Qorqud Şəhidlər Xiyabanında Əhməd Kərimovun məzarına gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.