““Əbədiyyətə yazılan Zəfər””adlı tədbir keçirilmişdir.

““Əbədiyyətə yazılan Zəfər””adlı tədbir keçirilmişdir.

3 noyabr 2025-ci il tarixdə Suraxanı rayonu, 290 nömrəli tam orta məktəbdə “8 noyabr-Zəfər gününün 5-ci ildönümünə həsr olunmuş ““Əbədiyyətə yazılan Zəfər””adlı tədbir keçirilmişdir.Tədbirdə YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova, Suraxanı Rayon İcra Hakmiyyətinin məsul əməkdaşı Novruz Əhmədov,  məktəbin direktoru Yeganə Abdullayeva, şəhid İnqilab Qasımzadənin anası Cahanxanım Qasımova, qazi Elvin Gülməmmədov və məktəbin müəllim-şagird kollektivi iştirak etmişdir.

Öncə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Tədbir 290 nömrəli tam orta məktəbin yetirmələrinin ifasında vətənpərvər ruhda şer, rəqs və mahnı kompazisiyalarının təqdim olunması ilə davam etmişdir.

YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova çıxış edərək xüsusi qeyd etmişdir ki, Şanlı Zəfərin əldə olunması ilə yanaşı, onun yaşadılması da xüsusi əhəmiyyətə malikdir. Bu missiya gələcək nəsillərin üzərinə düşür.

Sonda xatirə şəkili çəkdirilmişdir.