Ləman Əliyeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 89 nömrəli məktəbin Məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı
Zəngin və mənalı ömür yolu keçən Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də qədim Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndində görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açıb. Akademik Zərifə Əliyeva Azərbaycanda peşə oftalmologiyasının əsasını qoyub.Tibb elminə gətirdiyi yeniliklər Zərifə xanım Əliyevaya hələ sağlığında bütün dünyada böyük şöhrət qazandırmışdır. Zərifə xanım Əliyevanın tədqiqatları, elmi axtarışları Azərbaycanda bir yenilik idi. Məhz bu xidmətlərinə, çoxillik elmi tədqiqat işlərinə görə professor Zərifə Əliyeva Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdi.
Ulu Öndər Heydər Əliyev kimi unikal şəxsiyyətin ömür-gün yoldaşı olmaq Zərifə xanım üçün həm xoşbəxtlik, həm də böyük məsuliyyət idi.Həkim kimi peşə fəaliyyətində, alim kimi elmi axtarışlarında böyük uğurlar qazanan Zərifə xanım Əliyeva barəsində söhbət açarkən onun,xalqımızın tarixdən gələn ailə ənənələrinə sadiqliyini də xüsusi qeyd etmək lazımdır. O, peşəsini sevdiyi kimi, ailəsinə, uşaqlarına, ömür-gün yoldaşına da bütün varlığı ilə bağlı idi.
Müstəqil Azərbaycan dövlətinin qüdrətli Prezidenti cənab İlham Əliyevin ugurları səbəbsiz və təsadüfi deyil. İki dahi şəxsiyyətin yetişdirdiyi, formalaşdırdığı insan məhz bu cür olmalıdır. Möhtərəm prezident İlham Əliyevin Zərifə xanım barədə dediklərindən də bu aydın şəkildə hiss olunur. "Mənim anam əsl alim idi. O,tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla yanaşı mənimlə, Sevillə məşgul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O,həmişə mənim qəlbimdədir."
Zərifə xanım Əliyeva daim xalqın qəlbində yaşayacaq və hörmətlə anılacaqdır.