Zəfər yürüşünə tab gətirməyən düşmən təxribatlara əl atır

Zəfər yürüşünə tab gətirməyən düşmən təxribatlara əl atır

Aytən Talıbova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü 

Suraxanı rayonu 276 saylı körpələr evi, uşaq bağçasının müdiri

Bəli, qürurlu çıxış! Çünki, prezidentimiz Vətəninin igidlərindən, şəhidlərindən danışarkən qürurlanır, fəxr edir. Bir Ali Baş Komandan kimi igid və qorxmaz hərbi davamçıları, oğulları olduğu üçün,bir prezident kimi xalqının dəmir yumruğunun ətrafında birləşdiyi üçün.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrn 27-i Azərbaycanda Anım Günü kimi qeyd edilməsinə qərar verilmişdir. Azərbaycanın bütün bölgələrində Azərbaycan  bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırdıqları, ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimiz, bütün şəhidlərimiz ehtiramla yad edildilər.

II Qarabağ müharibəsində 2907 nəfər hərbi qulluqçusu həlak olmuş, bir neçə hərbi qulluqçumuz itkin düşmüş,min nəfərdən çox hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. Bir sözlə işğal altında olan torpaqlarımız şəhidlərimizin qanı bahasına,qazilərimizin,əsgər və zabitlərimizin canı bahasına azad olunmuşdur.

Azərbaycan ordusu ilkin olaraq Füzulinin Qaraxanbəyli kəndində şəhid vermiş, həmən kənddə yerləşən düşmən pusquları, düşmən səngərləri məhv edilmişdir. Məhz buna görə həmən ərazidə qaya parçasından şəhidlərimizin əziz xatirəsinə həsr olunan abidə ucaldılmışdır. Bu abidə qarşısına möhtərəm prezidentimiz İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Igül dəstələri düzmüşdülər.

44 gün ərzində 300-ə yaxın şəhər və kəndləri azad edən şəhidlərin ruhlarının şad olması üçün ,bu yolda onlara rəhbərlik edən, qalibiyyətə gedən yolu göstərən Ali Baş Komandanımızın, zabit və hərbçilərimizin, qazilərimizin çəkdikləri zəhməti itirməmək üçün Azərbaycan xalqı olaraq daim bir olmalıyıq. Müzəffər Azərbaycan Ordusunun Zəfər yürüşünə tab gətirməyən düşmən təxribatlara əl ataraq günahsız mülki əhalini hədəfə almaqla cinayət törətmişdilər. Buna baxmayaraq Azərbaycan xalqı möhkəm oldu, düşmənə əyilmədi və düşmənin başını əzdi.

Azərbaycan mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir. Buna görə də Azərbaycan xalqı olaraq bir olub, azad torpaqları bərpa etməliyik, orada xoşbəxt nəsil yetişdirməliyik. Azərbaycanlı olaraq daim fəxr etməliyik ki, bu ölkənin vətəndaşlarıyıq, Azərbaycan torpaqlarında  doğulub, boy atmışıq. Azərbaycan xalqı olaraq daim müstəqilliyimizin keşiyində durmalıyıq. Daim Prezidentimizin uzaqgörənliyinə, savadına, düzgün siyasətinə güvənməli və bu yolda ona dəstək olmalıyıq. Azərbaycan xalqı olaraq dövlət başçımızı, ölkəmizi daim qürurlandırmalıyıq. Gücümüzlə düşməni məhv edib, birliyimiz və müstəqilliyimizlə düşməni hər zaman xar etməliyik. Mən inanıramki, bir xalq olaraq daim “dəmir yumruq”olub, təhdidlərin qarşını alacağıq. Şübhəsiz ki, daim müstəqilliyimizi qoruyacağıq.

Yaşasın Azərbaycan!

Ruhunuz şad olsun əziz Azərbaycan şəhidləri!

 Qarabağ Azərbaycandır, Qarabağ azaddır!