Zəfər günü münasibəti ilə YAP Suraxanı rayon təşkilatı Xankəndi və Şuşa şəhərlərinə səfər etmişdir
8 noyabr-Zəfər günü münasibəti ilə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Xankəndi və Şuşa şəhərlərinə səfər etmişdir. YAP Suraxanı rayon təşkilatının fəalları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailə üzvləri, qazilər, sosial medya qrupunun fəalları, fəal gənclər və rayon təşkilatının aparatının əməkdaşlarından ibarət olan nümayəndə heyəti Ağdam Cümə məscidi, Ağdam rayon Şəhidlər Xiyabanı, Əsgəran qalası, Xankəndi şəhəri mərkəzi meydanı, şəhər parkı, Qarabağ Üniversitetinin əsas korpusu, Qarabağ Üniversitetinin İncəsənət fakultəsi, Şuşa şəhəri İsa bulağı, Güllələnmiş heykəllər, Şuşa qalası, Yuxarı Gövhər Ağa məscidi, Cıdır düzü və bir çox digər ərazilərə səfər etmişlər.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov səfər iştirakçılarına işğaldan azad olunmuş ərazilər haqqında ətraflı məlumat vermiş və xalqımızın əldə etdiyi şanlı zəfərin nə qədər böyük qələbə olduğu bir daha vurğulamışdır. Eyni zamanda şəhidlərimizin heç vaxt unudulmayacağını qeyd edən yerli təşkilat sədri demişdir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərli ilə xalqımızı daha parlaq qələbələr gözləyir.
\