YAP Suraxanı Rayon Təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir
Görüşdə YAP Suraxanı Rayon Təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev, 118 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru, ƏPT-nin sədri Nizaməddin Ağcayev və ərazi partiya təşkilatında fəaliyyət göstərən YAP fəalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nizaməddin Ağcayev bildirib ki, Azərbaycan Prezidenti və YAP Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı bəyanatları, respublikanın növbəti dövrlər üçün tərəqqi modelini, milli dövlətçilik ideologiyasını və prioritet hədəflərini mükəmməl şəkildə ortaya qoyur.
YAP Suraxanı Rayon Təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev geniş nitqlə çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev irsinin yaşadılması, cəmiyyətdə milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi və gənc nəslin vətənpərvər ruhda yetişdirilməsi rəsmi dövlət xətti və partiya fəaliyyətinin əsas meyarı kimi təsdiqlənmişdir.
Görüşdə çıxış edən fəallar dövlətin müstəqilliyini sarsılmaz etmək üçün hərbi potensialın davamlı artırılması və xarici ideoloji təsirlərə qarşı milli immunitetin gücləndirilməsi başlıca vəzifə olduğunu qeyd ediblər.