YAP Suraxanı Rayon Təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir

YAP Suraxanı Rayon Təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir

27 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı Rayon Təşkilatı Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn strateji vəzifələrin müzakirəsinə həsr olunmuş görüşlərini uğurla davam etdirib. Növbəti tədbir Qaraçuxur qəsəbəsi Yeni Günəşli “D” yaşayış sahəsi Surxay Noçuyev küçəsi 261 ünvanında yerləşən (ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyi 2 saylı uşaq evi sosial xidmət müəssisəsi) ərazi partiya təşkilatında keçirilib.

Görüşdə YAP Suraxanı Rayon Təşkilatının məsləhətçisi Kürsüm Həsənova, müəssisənin director vəzifəsini müvəqqəti icra edən Sevinc Əmirova, ƏPT sədr müavini Əfsanə Əkbərova və ərazi partiya təşkilatında fəaliyyət göstərən YAP fəalları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan müəssisənin müəssisənin director vəzifəsini müvəqqəti icra edən Sevinc Əmirova bildirib ki, İşğaldan qurtarılmış ərazilərin sürətli rekonstruksiyası və soydaşlarımızın təhlükəsiz reneqorasiyası dövlətin mərkəzi siyasətidir. Bölgənin bərpasına indiyədək 28 milyard manat investisiya qoyulmuş və 96 min sakin daimi məskunlaşmışdır.

 

ƏPT sədr müavini Əfsanə Əkbərova çıxış edərək qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin qorunması, gənc nəslin yad təsirlərdən uzaq, milli ruhda formalaşması və partiya aktivinin əhali ilə birbaşa dialoqu Azərbaycan rəhbərliyinin xüsusi diqqət yetirdiyi fəaliyyət istiqamətidir.

YAP Suraxanı Rayon Təşkilatının məsləhətçisi Kürsüm Həsənova geniş nitqlə çıxış edərək bildirib ki, ölkənin və regionun ən böyük siyasi təşkilatı olan YAP-ın qarşısında, qazanılmış tarixi zəfərlərdən sonra cəmiyyəti yeni strateji hədəflər ətrafında birləşdirmək missiyası dayanır.

Görüşdə çıxış edən fəallar dövlətin müstəqilliyini sarsılmaz etmək üçün hərbi potensialın davamlı artırılması və xarici ideoloji təsirlərə qarşı milli immunitetin gücləndirilməsi başlıca vəzifə olduğunu qeyd ediblər.

 

 

Paylaş