Zərifə xanım Əliyevanın fəaliyyəti yalnız elmi araşdırmalarla məhdudlaşmırdı
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 265 saylı körpələr evi və uşaq bağçasının müdiri
Azərbaycan tibb elminin inkişafında mühüm rol oynamış görkəmli alim və həkim, akademik Zərifə xanım Əliyeva öz həyatını xalqın sağlamlığına və səhiyyənin tərəqqisinə həsr etmiş nadir şəxsiyyətlərdəndir. Onun keçdiyi ömür yolu zəhmət, elmə bağlılıq və insanlara xidmət nümunəsidir.
Zərifə Əliyeva 1923-cü ildə Naxçıvanın Şahtaxtı kəndində anadan olmuşdur. Hələ gənc yaşlarından tibb elminə böyük maraq göstərən gələcək alim Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil almış və təhsilini uğurla başa vuraraq həkim kimi fəaliyyətə başlamışdır.
Zərifə Əliyevanın fəaliyyəti yalnız elmi araşdırmalarla məhdudlaşmırdı. O, eyni zamanda yüksək ixtisaslı həkimlərin hazırlanmasına böyük töhfə vermiş, tibb sahəsində kadr potensialının inkişafında mühüm rol oynamışdır. Onun zəngin elmi irsi və fundamental əsərləri Azərbaycan tibb elminin parlaq səhifələrindən hesab olunur.
Akademik Zərifə Əliyeva həm də yüksək mənəvi keyfiyyətlərə malik ziyalı qadın idi. Onun insanpərvərliyi, xeyirxahlığı və Vətənə olan dərin sevgisi onu xalqın qəlbində əbədi yaşadan əsas xüsusiyyətlərdəndir. O, yalnız böyük alim deyil, həm də nümunəvi ana və vəfalı həyat yoldaşı kimi yadda qalmışdır.