Zəngilan Beynəlxalq Hava Limanını Qarabağ və Şərqi Zəngəzur üçün böyük perespektivlər yaradır
Füzuli Beynəlxalq Hava Limanından sonra Zəngilan Beynəlxalq Hava Limanının da istifadəyə verilməsi işğaldan azad edilmiş ərazilərin bərpasını sürətləndirməklə yanaşı regionun iqtisadi inkişafına təkan verəcək.
Oktyabrın 20-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə rəsmi açılış məraimi keçirilən Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üçün böyük perespektivlər yaradır. Belə ki, regiona turist axını üçün nəqliyyat problemini həll edən hava limanı, eyni zamanda beynəlxalq yükdaşımalar üçün əhəmiyyat kəsb edir, regionun mühüm nəqliyyat qovşağına çevrilməsini təmin edir və Zəngəzur dəhlizinin əhəmiyyətini artırır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də Cəbrayıl şəhərində mətbuata bəyanatında Zəngilan Hava Limanının açılışını ölkəmizin həyatında çox əlamətdar hadisə olduğunu deyib. Dövlətimizin başçısı əlavə edib ki, hava limanının açılışını Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli hadisədir.
Zəngilan Beynəlxalq Hava Limanı açılması işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətli şəkildə yenidən qurulmasını, Böyük Qayıdışın reallaşmasını tezləşdirməklə yanaşı, iqtisadi və sosial inkişafını sürətləndirəcək.