YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir
22 oktyabr 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş görüşlərini uğurla davam etdirir.
Növbəti belə bir görüş Zığ qəsəbəsi, İdris Süleymanov küçəsi 238 ünvanında yerləşən (317 nömrəli tam orta məktəb) Ərazi Partiya Təşkilatında keçirilib. Görüşdə YAP Suraxanı rayon təşkilatının əməkdaşı Dilarə Əzizova, 317 nömrəli tam orta məktəbin direktoru, ƏPT sədri Leyla Əliyeva, həmçinin Zığ qəsəbəsi, İdris Süleymanov küçəsi 238 və Hatəm Allahverdiyev küçəsi 28 (331 saylı körpələr evi-uşaq bağçası) ünvanlarında fəaliyyət göstərən ƏPT-lərin fəalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ƏPT sədri Leyla Əliyeva bildirib ki, YAP-ın VIII Qurultayı Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin siyasi məsuliyyət və gələcəyə hesablanmış hədəflərlə uzlaşdırıldığı mühüm mərhələ kimi diqqət çəkir. O, bu platformanın ölkəmizin yeni çağırışlara uyğunlaşmaq, milli maraqlarını qorumaq və davamlı inkişafını təmin etmək əzmini nümayiş etdirən siyasi baxışın ifadəsi olduğunu vurğulayıb.
YAP Suraxanı rayon təşkilatının əməkdaşı Dilarə Əzizova qurultayda qarşıya qoyulan hədəflər barədə iştirakçılara ətraflı məlumat verib. Dilarə Əzizova vurğulayıb ki, YAP-ın VIII Qurultayı Azərbaycanın güclü dövlətçilik ənənələrinin, siyasi varislik prinsipinin və gələcəyə hesablanmış milli inkişaf strategiyasının ardıcıl şəkildə davam etdirilməsinin bariz nümunəsidir. Natiq milli maraqları rəhbər tutan siyasi iradənin, xalq-iqtidar birliyinin və strateji hədəflərə sadiqliyin Azərbaycanın qarşıdakı illərdə də yeni uğurlara imza atmasının əsas təminatçısı olacağını əminliklə diqqətə çatdırıb.
Görüşdə digər YAP üzvlərinin çıxışları dinlənilib, Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri cənab İlham Əliyevin qurultaydakı proqram xarakterli nitqindən irəli gələn strateji vəzifələr, xüsusilə gənc nəslin yad ideologiyalardan və kənar informasiya təhdidlərindən qorunması məsələləri geniş müzakirə olunub. Çıxış edənlər Yeni Azərbaycan Partiyasının xalq-iqtidar birliyini təmin edən ümummilli məfkürə rolunu bir daha vurğulayıb.
Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb.