Yeni Suraxanı qəsəbəsi Vahid Xəlilov küçəsi 24 ünvanında yerləşən ƏPT-da yeni sədr və sədr müavini seçilib

Yeni Suraxanı qəsəbəsi Vahid Xəlilov küçəsi 24 ünvanında yerləşən ƏPT-da yeni sədr və sədr müavini seçilib

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Yeni Suraxanı qəsəbəsi Vahid Xəlilov küçəsi 24 ünvanında yerləşən ərazi partiya təşkilatının üzvlərinin iştirakı ilə toplantı keçirilmişdir. YAP üzvləri ilə görüşdə YAP Suraxanı rayon təşkilatının məsləhətçiləri Ənvər Haqverdiyev və Fərəh Məcidzadə iştirak etmişlər.

ƏPT-nin fəal üzvü Elşən Atakişiyev YAP üzvlərini salamlayaraq iclası açıq elan etdikdən sonra ƏPT-da ideoloji işin gücləndirilməsi, səmərəliliyin artırılması ilə əlaqədar olaraq görülmüş, gələcək perspektivdə görüləcək işlər, eyni zamanda yerli təşkilatın təlimatlarının icrası, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat - uçot işlərinin operativ və səmərəli aparılması, ideoloji işin məqsədyönlü qurulması, sosial şəbəkələrdə və dövrü mətbuatda partiya üzvlərinin fəallıqlarının artırılması ilə bağlı geniş məlumat verdi. Daha sonra fəal üzv Elşən Atakişiyev bildirdi ki, gündəlikdə iki məsələ vardır. Elşən Atakişiyev  YAP üzvlərinə ƏPT-nin sədrinin və sədr müavinin seçkisi haqqında məlumat verdikdən sonra Fuad Rəhimovun ƏPT-nin sədri kimi namizədliyini irəli sürdü. ƏPT-də təmsil olunan üzvlərin səsverməsi nəticəsində Fuad Rəhimov sədr seçilmişdir.

Daha sonra səsvermə nəticəsində seçilmiş yeni sədr YAP sıralarında uzun illər öz  təcrübəsi və səmərəli fəaliyyəti ilə seçilən Mehdi Təhməzovun ƏPT-nin sədr müavini kimi namizədliyini irəli sürdü. ƏPT-də təmsil olunan üzvlərin səsverməsi nəticəsində Mehdi Təhməzov ƏPT-nin sədr müavini seçilmişdir.

Yeni Suraxanı bələdiyyəsinin sədri, YAP Suraxanı rayon təşkilatının Yeni Suraxanı qəsəbəsi Vahid Xəlilov küçəsi 24 ünvanında yerləşən ərazi partiya təşkilatının yeni seçilmiş sədri Fuad Rəhimov göstərilən etimada görə ƏPT-də təmsil olunan üzvlərə və YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidova öz dərin minnətdarlığını bildirərək dedi ki, Yeni Suraxanı qəsəbəsi Vahid Xəlilov küçəsi 24 ünvanında yerləşən ərazi partiya təşkilatı bugünə qədər olduğu kimi, bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyin artırılması, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsi, qeydiyyat - uçot işlərinin operativ və səmərəli aparılması,  sosial şəbəkələrdə və dövrü mətbuatda partiya üzvlərinin fəallıqlarının artırılması istiqamətində böyük səy göstərəcəkdir.

ƏPT-nin iclasında iştirak edən Respublika Ağsaqqallar Şurası Məclisinin üzvü, Suraxanı Rayon Ağsaqqallar Şurasının sədri, YAP Suraxanı rayon təşkilatının veteran üzvü, Azərbaycanın "Əməkdar maşınqayıranı", Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Şöhrət” ordeni, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” və  "Heydər Əliyevin 100 illiyi" yubiley medalları ilə təltif olunmuş Arif Babayev çıxış edərək ağsaqqal kimi Yeni Suraxanı qəsəbəsi bələdiyyəsinə, orada fəaliyyət göstərən ərazi partiya təşkilatına, onun yeni seçilmiş rəhbərliyinə öz tövsiyyələrini vermiş və gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev öz çıxışında ƏPT-nin yeni seçilmiş sədrinə gələcək fəaliyyətində uğurlar arzulayaraq demişdir ki, Yeni Suraxanı qəsəbəsi Vahid Xəlilov küçəsi 24 ünvanında yerləşən ərazi partiya təşkilatında partiya işinin təşkili qənaətbəxşdir. Bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması və üzvlərin uçotunun operativliyi, dəqiqliyi diqqət mərkəzində saxlanılmalıdır. Yerli təşkilatın nümayəndəsi dünyada və ölkəmizdə yerli özünüidareetmə orqanı olan bələdiyyələrin roluna, onların seçkilər vasitəsi ilə formalaşmasına xüsusi diqqət çəkərək dedi ki, Yeni Azərbaycan Partiyası bu gün olduğu kimi, gələcəkdə də bu sahəyə xüsusi diqqət və qayğı ilə yanaşacaqdır.

Daha sonra çıxış edən YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə bildirdi ki, müasir dünya çağırışları fövqündə gedən inkişaf prosesi gətirdiyi yeniliklərlə bərabər bəzi lokal xarakterli sosial problemlər də doğura bilir. Yerli özünüidarəetmə orqanları olan bələdiyyələr özlərinin daha müasir, dinamik, dayanıqlı inkişafını təmin edərək, həm də ölkəmizin ictimai-siyasi həyatında öz rolunu hiss ediləcək dərəcədə artıracaqdır.