Yeni Azərbaycan Partiyasının fəaliyyətində də gənclər siyasəti xüsusi əhəmiyyətə malikdir
Sahibə Hüseynova
“Buta” körpələr evi və uşaq bağçasının müdiri
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Ölkəmizdə uğurlu gənclər siyasətinin əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər hər zaman gənclərə xüsusi qayğı ilə yanaşmış, gənclərin problemləri hər an onun diqqət mərkəzində olmuş, yüksək intelektual səviyyəyə, müasir dünyagörüşünə malik gənc nəslin yetişməsinə olduqca böyük əhəmiyyət vermişdir.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə böyük qayğısı təkcə müstəqillik illərində deyil, hələ Sovet dönəmində də aşkar müşahidə olunurdu. O, 1995-ci ildə Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürmüşdür.
2 fevral 1996-ci il tarixində müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir. Forumda Ümummilli liderin özü şəxsən iştirak etmişdir. Ümumimilli lider “2 fevral Azərbaycan Gəncləri günü"n elan edilməsi haqqında” Sərəncam imzalamışdır. Məhz həmin tarixdən etibarən hər il 2 fevral günü Azərbaycan Gənclərinin bayramı kimi böyük təntənə ilə qeyd olunur.
Ulu öndər Heydər Əliyevin gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin sədrlik etdiyi, ölkənin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində də gənclər siyasəti xüsusi əhəmiyyətə malikdir. Azərbaycan gəncləri arasında Vətənə sevgi ölkə sərhədlərindən kənarda Azərbaycanı layiqincə təmsil etmək, milli–mənəvi dəyərlərimizi qorumağ təbliğ olunur. Təsadüfü deyil ki ,hər il Yeni Azərbaycan Partiyasının siralarına daxil olan minlərlə vətəndaşın böyük hissəsi gənclərdən ibarətdir .
Xaricdə yaşayan gənc soydaşlarımızın milli məqsədlər naminə səfərbər olunaraq bir araya gəlməsində Heydər Əliyev Fondunun vitse–prezidenti Leyla xanım Əliyevanın da rolunu xüsusi qeyd etmək lazımdır. Belə ki, 2009–cu ildə Moskvada Rusiyanın Azərbaycanlı Birliyi məhz Leyla xanım Əliyevanın rəhbərliyi ilə yaradılmışdır.
Beləliklə tam əminliklə söyləmək olar ki ,Azərbaycan gəncləri Ulu öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin ətrafında sıx birləşib.