YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları uğurla həyata keçirilir

YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları uğurla həyata keçirilir

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Qaraçuxur qəsəbəsi Mədən küçəsi 14 ünvanında yerləşən ərazi partiya təşkilatında YAP Suraxanı rayon təşkilatının nümayəndəsinin iştirakı ilə hesabat-seçki yığıncağı keçirilmişdir. Öncə ərazi partiya təşkilatının sədri Əsədov Yalçın Oktay oğlu YAP-ın VI qurultayından bu günə qədər görülmüş işlər haqqında hesabat xarakterli məruzə ilə çıxış etmişdir. Daha sonra hesabat məruzəsi ətrafında müzakirələr aparılmış, çıxışlar edilmişdir. Qaraçuxur qəsəbəsi Mədən küçəsi 14 ünvanında yerləşən ərazi  partiya təşkilatının sədri və sədr müavininin seçilməsi məsələsi müzakirə edilərək qərar qəbul edilmişdir. ƏPT-nın üzvlərinin səs verməsi nəticəsində sədr Əsədov Yalçın Oktay oğlu, sədr müavini Xəlilova Məhbubə Rəşid qızı seçilmişlər. ƏPT-nın iclası ilə bağlı protokol tərtib edilmişdir.

Sonda Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının nümayəndələri Kürsüm Həsənova və Dilarə Əzizova çıxış edərək bildirmişlər ki, Qaraçuxur qəsəbəsi Mədən küçəsi 14 ünvanında yerləşən ərazi partiya təşkilatının işini qənaətbəxş hesab etmək olar. YAP Suraxanı rayon təşkilatının nümayəndəsi  gələcəkdə həyata keçiriləcək partiya fəaliyyəti, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat və uçotun səmərəli aparılması və ideoloji işin məqsədyönlü qurulması ilə bağlı öz tövsiyyələrini vermiş, ƏPT-nın fəaliyyətinə uğurlar diləmişlər.