YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatında seçki iclası keçirilmişdir

YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatında seçki iclası keçirilmişdir

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Qaraçuxur qəsəbəsi Yeni Günəşli “Q” yaşayış sahəsi Samir Cəfərov küçəsi ünvanında yerləşən ərazi partiya təşkilatının üzvlərinin iştirakı ilə toplantı keçirilmişdir. YAP üzvləri ilə görüşdə YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova iştirak etmişdir.

YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova iclası açıq elan etdikdən sonra Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.  Kürsüm Həsənova bugünkü iclasın gündəliyində bir məsələ - ƏPT-nin sədr müavininin seçilməsinin nəzərdə tutulduğunu iclas iştirakçılarının diqqətinə çatdırdı.

ƏPT-nin sədr müavini vəzifəsinə üzvlərin yekdil qərarı ilə Abdullayeva Yeganə İsrafil qızının namizədliyi irəli sürülmüşdür. ƏPT-nin üzvlərinin səsverməsi nəticəsində Yeganə Abdullayeva sədr müavini seçilmişdir. 

Yeni seçilmiş ƏPT-nin sədr müavini Yeganə Abdullayeva göstərilən etimada görə YAP üzvlərinə öz dərin minnətdarlıqlarını bildirərək demişlər ki, bundan sonra da doğma partiyaya ləyaqətlə xidmət edəcəkdir.

YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova çıxış edərək ƏPT-nin yeni seçilmiş sədrinə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq demişdir ki, Qaraçuxur qəsəbəsi Yeni Günəşli “Q” yaşayış sahəsi Samir Cəfərov küçəsi ünvanında yerləşən ərazi partiya təşkilatında partiya işinin təşkili qənaətbəxşdir. Bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması və üzvlərin uçotunun operativliyi, dəqiqliyi diqqət mərkəzində saxlanılmalıdır. 

Daha sonra ƏPT üzvləri tərəfindən verilən suallar cavablandırılmışdır.