YAP Suraxanı rayon təşkilatının rəhbərliyi Ərazi partiya təşkilatının sədrini təbrik edib

YAP Suraxanı rayon təşkilatının rəhbərliyi Ərazi partiya təşkilatının sədrini təbrik edib

03.06.2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri YAP Suraxanı rayon təşkilatının inzibati binasında uzun illər partiyaya ləyaqətlə xidmət etmiş, Suraxanı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı, Ərazi partiya təşkilatının sədri Nazim Fətullayevi 65 illik yubileyi münasibəti ilə təbrik etmişlər.

Görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirdi ki, Nazim Fətullayevin çox gənc yaşda üzvü olduğu və siyasi xəttinə hər zaman sadiq qaldığı Yeni Azərbaycan Partiyasında fəaliyyəti özündən sonra gələn nəsillər üçün əsil vətəndaşlıq nümunəsidir. O, nümunəvi dövlət qulluqçusu, ictimai-siyasi fəal olmaqla yanaşı, eyni zamanda da Ərazi Partiya Təşkilatına uzun illər rəhbərlik etməklə doğma partiyamıza sədaqətlə xidmət etmiş və bu dövr ərzində ölkədə keçirilən bütün seçkilərdə fəallığı ilə seçilmişdir. Dövlətin, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin və Prezident, YAP-ın sədri cənab İlham Əliyevin haqlı siyasətinin geniş kütlələr arasında təbliğində aktiv iştirak etmişdir.

Yerli təşkilatın sədri onu da qeyd etmişdir ki, Nazim Fətullayevin gənc dövlət qulluqçularının, fəalların ictimai-siyasi tərbiyəsində, yetişməsində, partiya sıralarına cəlb olunmasında və keçirilən tədbirlərin yüksək səviyyədə təşkilində əməyi danılmazdır. Onun partiya işlərində fəallığı YAP Suraxanı rayon təşkilatı tərəfindən dəfələrlə rəğbətləndirilmiş, o, Fəxri Fərmanlar və Təşəkkürnamələrlə təltif olunmuşdur.

Göstərilən diqqətə və qayğıya görə Nazim Fətullayev YAP Suraxanı rayon təşkilatına və onun sədri Vüqar Seyidova öz dərin minnətdarlığını ifadə etmişdir. Yubliyar bildirmişdir ki, bundan sonra da doğma partiyaya ləyaqətlə xidmət etməyə davam edəcəkdir.