YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Həmidov Mixailin qızı Mələyin doğum günündə iştirak etmişlər
Azərbaycan öz tarixi torpaqlarını canlarını vətən uğrunda qurban verən igid oğulları sayəsində düşmən tapdağından azad etmişdir. Canlarını, sağlamlıqlarını vətənin bütövlüyü uğrunda qurban verən vətənpərvərlərin əmanətləri olan ailələri, övladları unudulmur və onlar istər dövlət orqanları, istərsə də cəmiyyətimiz tərəfindən ali diqqət, sevgi və qayğı ilə əhatələnirlər.
Azərbaycanın rəşadətli ordusunun qəhrəman hərbiçisi, Suraxanı rayon sakini olmuş və cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda”, İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş baş leytenant Həmidov Mixail Hamlet oğlunun qızı Mələyin 7 yaşı tamam olur. Bu münasibətlə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri cənab Vüqar Seyidov və rayon təşkilatının nümayəndələri ailəni ziyarət edərək, şəhidin övladını təbrik etmiş, doğum gününü qeyd edən balamıza hədiyyələr təqdim olunmuş, şəhid ailəsinin qayğıları ilə maraqlanılmışlar. Vüqar Seyidov bildirmişdir ki, şəhidlərimiz vətən torpağına, övladları isə bizlərə əmanətdir.
Sonda şəhidin ailəsi Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına şəhid ailələrinə göstərdikləri diqqət, sevgi və qayğıya görə öz dərin minnətdarlıqlarını bildirmişlər.