YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Aydın Feyzullayevin doğum günündə ailəsini ziyarət etmişlər
19 iyun Vətən Müharibəsi şəhidi əsgər Feyzullayev Aydın Zakir oğlunun doğum günüdür. Şəhidimizin mövludunun 27-cı ilinin tamam olması ilə əlaqədar Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri ailəsini ziyarət etmiş, ailənin qayğıları ilə maraqlanmışlar. YAP Suraxanı rayon təşkilatının nümayəndələri öncə Aydın Feyzullayevin Suraxanı rayon Bülbülə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanındakı əbədi istirahətgahının üzərinə tər güllər düzmüş, dualar oxumuş daha sonra Şəhidin bulaq xatirə kompleksini ziyarət etmişlər.
Ziyarət əsnasında Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirmişdir ki, Azərbaycan öz tarixi torpaqlarını Aydın kimi mərd, cəsarətli, canlarını vətən uğrunda qurban verən igid oğulları sayəsində düşmən tapdağından azad etmişdir. Canlarını, sağlamlıqlarını vətənin bütövlüyü uğrunda qurban verən vətənpərvərlərin xatirələri yaşadılır, əmanətləri olan ailələri unudulmur və onlar istər dövlət orqanları, istərsə də cəmiyyətimiz tərəfindən ali diqqət, sevgi və qayğı ilə əhatələnirlər
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.