YAP Suraxanı rayon təşkilatının nümayəndələri Birinci Qarabağ Müharibəsi şəhidinin anım günündə iştirak etmişlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri Birinci Qarabağ Müharibəsi şəhidinin anım günündə iştirak etmişlər

27 oktyabr 2023-ci il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının nümayəndələri Kürsüm Həsənova və Dilarə Əzizova Bülbülə qəsəbəsi Nəriman Narimanov küçəsi 42 ünvanında yerləşən ərazi partiya təşkilatının (208 saylı tam orta məktəb) təşkil etdiyi Birinci Qarabağ Müharibəsi şəhidi Həmidov Nəriman Qəzənfər oğluna həsr olunmuş “ Xatirələrdə qalan ömür” adlı tədbirdə iştirak etmişlər.

Anım tədbiri Şəhidlərin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət himnin səslənməsi ilə başlamışdır. Tədbiri giriş sözü ilə açan Bülbülə qəsəbəsi Nəriman Narimanov küçəsi 42 ünvanında yerləşən ərazi partiya təşkilatının sədr müavini və 208 nömrəli tam orta məktəbin direktor vəzifəsini icra edən Gülbacı Salmanova Vətən Müharibəsində şəhidlərimizin qanları ilə tarix yazdığını bildirdi. Birinci Qarabağ Müharibəsində canlarını qurban vermiş şəhidlərin öz əməlləri ilə İkinci Qarabağ Müharibəsində iştirak edənlərə və şəhid olanlara örnək olduğunu vurduladı.

YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova çıxış edərək bildirmişdir ki, şəhidlərin əziz xatirəsi hər zaman yaddaşlarda yaşayacaqdır. İstər Birinci, istərsə də İkinci Qarabağ Müharibəsində şəhid olmuş vətən övladlarının müstəqil Azərbaycan Respublikasının azadlığı uğrunda canlarından keçdiyini qeyd edən yerli təşkilatın məshələtçisi hər bir şəhidimizin ruhu qarşısında baş əydiyini dedi. Kürsüm Həsənova 208 saylı tam orta məktəbin kollektivinə və tədbirdə iştirak edən şagirdlərə öz dərin minnətdarlığını bildirdi. YAP Suraxanı rayon təşkilatının məsləhətçisi onu da vurğuladı ki, vətənpərvərlik məhz məktəbdən başlayır. Vətən Müharibəsində qələbəmizi bizə bəxş edən əsas amil də gənc nəsillərin doğru tərbiyə olunmasıdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin gənclərin formalaşmasında, tərbiyəsində roluna toxunan Kürsüm Həsənova dedi ki, məktəblər və təhsil işçiləri bu siyasətin ən fədakar daşıyıcılarıdırlar.

Sonda Şəhid Həmidov Nəriman Qəzənfər oğlunun ailə üzvləri göstərilən diqqət və qayğıya görə ənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.