YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir

YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir

Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş görüşləri uğurla davam etdirir.

28 oktyabr 2026-cı il tarixində Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsi 196 ünvanında yerləşən (42 saylı Şəhər Poliklinikası) Ərazi Partiya Təşkilatında (ƏPT) növbəti belə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan ƏPT-nin sədri, 42 saylı Şəhər Poliklinikasının baş həkimi Aynurə Əliyeva bildirib ki, VIII Qurultay Azərbaycanın ictimai-siyasi həyatında baş verən proseslər, ölkənin yeni inkişaf mərhələsi və Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyət istiqamətləri baxımından mühüm bir siyasi hadisə olub. Tədbirdə qəbul edilən qərarlar partiyanın təşkilati fəaliyyətinin gücləndirilməsi və qarşıdakı vəzifələrin həyata keçirilməsi ilə bağlı məsələləri əhatə edib.

Daha sonra YAP Suraxanı rayon təşkilatının əməkdaşı Dilarə Əzizova çıxış edərək YAP-ın VIII Qurultayı barədə ətraflı məlumat verib. D.Əzizova qeyd edib ki, Yeni Azərbaycan Partiyasının 2 oktyabr 2026-cı il tarixində keçirilən VIII Qurultayı partiyanın siyasi fəaliyyətində mühüm hadisə kimi diqqət çəkir. Qurultay çərçivəsində ölkənin gələcək inkişaf perspektivləri, dövlət siyasətinin prioritetləri və partiyanın qarşısında duran vəzifələr müzakirə olunub.

Daha sonra iştirakçıların sualları cavablandırılıb.

Paylaş