YAP Suraxanı rayon təşkilatı " 5 oktyabar-Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə bir qrup məktəb direktorunu təltif etmişdir
“5 oktyabr - Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın aparatının nümayəndələri Suraxanı Rayonu 278 nömrəli tam orta məktəbdə olaraq məktəbin direktoru Məlahət Əliyevanı rayonun ictimai-siyasi həyatında fəal iştirakına və təhsil sahəsində əldə olunan yüksək nəticələrə görə ”Təşəkkürnamə” ilə təltif etmişdir.
Məktəb direktorunu təltif edərkən bir qrup məktəb kollektivinin nümayəndəsi ilə görüşən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov “5 oktyabr-Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə məktəbin direktoru Məlahət Əliyevanı və bütün müəllim kollektivini təbrik edərək pedaqoji fəaliyyətlərində uğurlar arzulamışdır.
Suraxanı Rayonu 278 nömrəli tam orta məktəbdə olaraq məktəbin direktoru Məhalət Əliyeva göstərilən diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyasına və yerli təşkilatın sədri Vüqar Seyidova öz minnətdarlığını bildirmişdir. Məlahət Əliyeva bundan sonra da doğma partiyaya ləyaqətlə xidmət edəcəyini xüsusi qeyd etmişdir.